aile davasi

Boşanma və onun əsas səbəbləri

Baxış sayı: 279

«Ailə kiçik dövlətdir, yəni cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır. Bu təməl mənəvi, psixoloji, fizioloji, özünü dərk, qarşılıqlı hörmət və məhəbbət, məsuliyyət hissinin, ailənin hüquq və vəzifələri və sairə hazırlığın və sair cəhətlərin yüksək hazırlığı və dərk edilməsi prinsipləri üzərində qurulduqda daha da möhkəmlənir. Belə olduqda ailədə boşanmaq üçün əsas ola bilməz»

Bəs boşanma nədir, Nə səbəbə yaranır, boşanma zamanı ən şox zərər çəkən tərəf hansıdır?

Boşanma — evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu proses ailənin dağılması kimi də tanınır. Əksər ölkələrdə boşanma üçün Məhkəmə və ya digər rəsmi orqanın qərarı tələb olunur.

AILE

Maraqlıdır artmaqda olan boşanmalar nə ilə əlaqədardır? Bunun bir neçə səbəbləri vardır. Bəzən çox təəssüf  ki, ən kiçik səbəblər belə ailələrin dağılmasına səbəb olur. Burda bir neçə amil saya bilərik. Məsələn malliyyə çətinliyi, mənzil problemi, cütlüklər arasında yaranan ünsiyyət problemi, bir-birini anlamamaq,  fiziki zorakılıq, daimi baş verən mübahisələr,  gəlin-qaynana və ya gəlin-baldız münasibətləri, övladın olmaması, yersiz qısqanclıqlar, xəyanət, sərxoşluq və.s digər amillər səbəb ola bilər. Təbii ki, bu halların bəziləri dolayı yollarla ailəni boşanmaya gətirib çıxarır. Lakin bəzi mövzular həqiqətəndə ciddidir və məncə, onların qarşısını elə əvvəlcədəndə almaq olar. Məsələn, götürək maliyyə problemlərini, mənzil, işsizlik problemlərini bunları ki, ailə qurmamışdan əvvəl qaydasına salmaq olar. Ən pisi də odur ki, dağılan ailələrdə ən çox əziyyət çəkənlər uşaqlardır. Uşaq burda günahsızdır və ən ağır cəzanı o çəkir. Uşaq hər iki valideynin sevgisi və qayğısı ilə böyüməlidir, çox təəssüf  ki, boşanma hallarında uşaq ana ilə qalırsa, ata sevgisindən və qayğısından məhrum olur və ya əksinə də ola bilər. Müəyyən edilmişdir ki, boşanan ailələrdə 10% hallarda hər iki valideyn uşağın tərbiyəsi ilə məşğul olmağa davam edir.

aile

Boşanmalar zamanı digər bir qurban isə qadındır. Qadın cəmiyyət tərəfindən elə bir təzyiqə uğrayır ki, bu gün qadınlar ailədə nə baş versə də, sırf  bu təzyiqlərlə, tənqidlərlə üzləşməmək üçün boşanmırlar. Cəmiyyətin “boşanmış qadın”  damğası vurduğu insanın öz həyatına davam etməyə haqqı yoxdur. Ər gedib öz istədiyini edir artıq onun üçün evlilik bitmiş kimi bir şeydir, lakin qadın evində oturub uşaqlarına baxır, yeməyini bişirir. Axı o namuslu qadındır, əgər boşanmaq istəsə, “camahat” ona nə deyər ? Daha sonra ər evə içkili gələr, arvadını döyər, uşaqları yatmağa göndərər,  özü də oturar televizorun qabağında. Hər kəs də deyər nə gözəl mehriban ailərdir. Sizcə, bu ailədir? Təbii ki, hər boşamalara kişini günahkar çıxara bilmərik. Bu sadəcə daha çox rast gəlinən nümunə idi.

 

 

Günel Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir