BOSANMA

Boşanmaların artmasının səbəbləri – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 744

Əvvəlki illərə nəzər salsaq sttistikaya görə boşanmaların sayı son günlərdə daha da artıbdır. Eyni zamanda da sanki, cəmiyyətin boşanmalara qarşı münasibəti  dəyişilib, hətta deyərdim ki, çox adi qəbul ediblər. Sizcə boşanmalara qarşı yanaşma adiləşdikcə say etibarı ilə boşanmış ailələr çoxalmırlarmı? Əlbəttə çoxalır. Bəs görəsən səbəb nədir? Sosial yaşantımı, maddi durummu, yoxsa psixoloji təsirlərmi?

Ailənin sosial “yaşam tərzi” dedikdə cəmiyyətdə tutduğu mövqe, özünü cəmiyyətə təqdimi, ailə içi, kənar insanlar, qohum-tanışların təsiri, insanın sərbəst yaşama prinsipləri, rol gözləməmlərinin normal olmaması və s.

Maddi durum dedikdə isə insanın maddi istəklərinin ödənilə bilməməsi, ətraf insanların yaşam tərzinə baxdıqca insanın istək tələbatı da oyanır və ödənilməmiş tələbat isə bir başa insan duyğularına təsir edir. Bu zaman psixoloji problemlər baş qaldırır. Gərginlik, sinir sisteminin oyanıqlığı, əhvalın kəskin dəyişməsi, mühit və reallığı qəbul etməmək insanı bir-birini başa düşməz hala gətirir. Ər-arvad bir-birlərini anlamırlar, komprimisə getmək istəmirlər, hər kəs özünün haqlı olduqlarını sübut etmək istəyir.

Ailədə çox vaxtda boşanmalar xəyanət üstündə də yaranır. Xəyanəti bağışlamaq olarmı? Sualı birmənalı şəkildə yox, hər kəsin anlayacağı, qəbul edəcəyi şəkildə cavablandıracam.

Xəyanət bağışlanmaz olsa da, amma xəyanəti yaradan və insanı xəyanətə sürükləyən səbəbləri gözdən keçirdək. Sevgi doyumsuzluğu, edib-elektro kompleksin tamamlanmaması həyatının müəyyən hissəsində düşdüyü boşluqlar, keçmişdə yaşadığı psixoloji travmalar, Depresiya (nəzərə alsaq ki, kişilər depresiyaya düşəndə bu durumdan çıxmaq üçün zərərli vərdişlərə meyl edirlər. Spirtli içki qəbul etmək, qumar, siqaret, xəyanət və s.) davamlı konfilikt, kənar insanların ailəyə müdaxiləsi iradə zəifliyindən təsir alta düşmə və s.

Bunlar hamısı xəyanətə sürükləyən səbəblərdir. Bəlkə ilk növbədə bunları aşkara çıxarmaq və bu psixoloji durumu ortadan qaldırmaq lazımdır. Xəyanət baş veribsə xəyanətə yox, problemi həll etməyə yönəlməlidir.

Əksər xanımlar düşünür ki boşanandan sonra artıq problemim azalacaq. Çünkü onu əsəbləşdirən hal ona xəyanət edən kişi ilə bir yerdə qalmasıdır. Deyirlər ki,- onu görməsəm daha rahat olaram. Nəzərə alsaq ki, bu duyğular həmin vaxt üçün keçərlidir. Sonrakı vaxtlar qəzəb, nifrət hissi azaldıqca peşmançılıqlar önə çıxır. O anda da qadın ya acığa düşüb intiqam, qisas zəminində hərəkət edir, istəmədikləri evliliyə, yeni bir münasibətə baş vurmuş olurlar. Sonra da özlərinə ikinci bir travmanı yaşadırlar, ya da tərk edilmiş, aldadılmış düşüncələrlə yaşayaraq psixoloji durumlarını pozurlar.

Boşanmalar uşaqların psixoloji durumuna necə təsir edir.

Nəzərə alsaq ki, ailə tək ər-arvad münasibəti demək deyildir. Həm də ailədə övlad varsa ata və ana obrazı kimi uşaqlarına valideyinlik məhsuliyyəti çiyninə almaq deməkdir. Uşaq valideynlərinin arasında baş verən konfilikti normal qəbul etmir.

Ailədə boşanmalar uşaqlarda bir sıra psixoloji pozuntulara iz açır. Onları həm daixili, həm də xarici aqressivliyə yönəldir.

Daxili aqresivlik dedikdə valideyinin boşanmasını təbii ki, uşaq normal qəbul etmir. Hətta deyərdim ki, utanc yaşayır. Baş vermiş hadisəni daxilində həddindən artıq şişirdir və daxili stres keçirdir. Davranışında xoşa gəlməz pozuntular olur. Gecə yuxularında diksinib oyanmalar, sayıqlamalar, enurez (gecə yerini islatma), utancaqlıq, özünə qapanma, özgüvənsizlik, ünsiyyət halları müşahidə olunur.

Xarici aqressivlik, dostlar, sinif yoldaşlar və ətrafdakı insanlarla aqressiv münasibət, ünsiyyətində kobudluq, qisas almaq iddiası, vurmaq, dağıtmaq və s.

Buna görə ailə boşanmadan öncə uşaqlarının psixoloji durumunu da nəzərə almalıdır.

 

Ofelya Məmmədova, klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir