bosanma

Boşanmaların, cütlük münasibətlərində problemlərin əsas səbəbi…

Baxış sayı: 858

Boşanmalar, evlilik, cütlük münasibətlərində problemlərin ən vacib səbəblərindən biri ünsiyyət qura bilməməkdir.

Müzakirə üsulsuzluğu -qarşı tərəfin sözünü kəsmək, qarşı tərəfə cavab haqqı verməmək ciddi ünsiyyət problemi yaradar. Ümumilikdə bu vəziyyət sürəkli davam etdiyində, cütlüklərin sevgi, ehtiras və şəfqət münasibətlərinə dərin zərər yetirir.

Effektiv ünsiyyət mesajı, qarşı tərəfə sadəcə, göndərdiyimiz zaman deyil, əks tərəfin bunu qəbul etdiyi və anladığı zaman baş verir.

Mübahisəli məsələlərdən söhbət edərkən, tərəflərin bir-birini ittiham etməsi ən sıx görülən haldır.

Günahlandırıcı tərz istifadə etmək və ya qarşı tərəfi sonuna qədər dinləmədən özünü müdafiəyə keçmək – ünsiyyət pozğunluğuna səbəb olan əsas amillərdir.

Saxtakarlıq- Hər hansı situasiyaya uyğun, cavab olaraq qarşı tərəfə “xeyr” dediyiniz zaman əslində “bəli” demək istədiyinizi hiss etmisinizmi? Tənqid olunmaqdan və ya rədd edilməkdən çəkindiyiniz üçün “bilmirəm” deyərək doğru fikrinizi gizlətdiyiniz olubmu?

Uyğunlaşmama – Cütlüklər sözləri istifadə etmədən mimikalar vasitəsilə bir-biri ilə ünsiyyət qururlar və buna görə də bir-birlərinə qarışıq mesajlar göndərirlər. Və bu durum, onları mübahisə etməyə və bir-birlərinə qarşı səs tonlarını qaldırmağa səbəb olur. Gözləri bərəltmək, dodaqları büzmək və çiyinləri silkələmək, qarşı tərəfə xoşagəlməz mesajlar verər.

Kobudluq – Kobud hərəkətlər, ifadələr, davranış tərzi üstünlük təşkil edər.

Mütəmadi şikayətlənmə halı, tərəflərin bir-birinə incidici söz atmaları, aşırı məsləhət və ağıl vermə, dinləmə əskikliyi, dəstək olduğunu hiss etdirməmə, anlayış göstərməmə kimi problemlər yüksək faizlə ünsiyyət probleminə yol açar. Unutmaq olmaz ki, çox zaman insanlar, həlli olmayan problemlərdə belə, qarşıdakı insanın anlamağa çalışdığını görmək, problem həll olmasa da, anlaşıldığını görmək ehtiyacı hiss edərlər.

 

Bəs digər səbəblər nədir?

– Tərəflərin sosio-mədəni səviyyə fərqliliyi

– Cinsi problemlər

– Tərəflərdən birinin xəyanəti

– Ailədaxili şiddət və sairə.

 

Psixiatr, Uzman həkim Azər Bağırov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir