5097d2a9d8185a0b69a555ca5d41cd6a

Boşanmaq istəyənlərə qəribə cəza: 6 həftə boyunca…

Baxış sayı: 1. 179

Qədim zamanlarda Transilvaniyada evli insanlara ayrılmamaq üçün tətbiq edilən üsullar eşidənlərin təəccübünə səbəb olur.

Bu üsullar qorxunc səslənsə də, insanların evliliklərini xilas etməsi üçün işə yarayıb.

Ruminyada yerləşən Transilvaniya bölgəsində UNESCO-nun Dünya Mirası siyahısına salınan, saksonlara aid yeddi kənd mövcuddur. Biertan kəndi də bunlardan biridir. Burada yerləşən kilsənin həyətində 300 il yaşı olduğu iddia edilən bir otaq var. Keçmişdə keşişlər bu otağı qəribə məqsədlə istifadə edirmiş.

Belə ki, bir-birilə yola getməyən evli cütlüklər 6 həftə boyunca bu otaqda qalırmış. Bu üsulla boşanmaq istəyən cütlüklər qərarlarından vaz keçirmiş. İddialara görə, otağın 300 illik istifadə müddəti ərzində sadəcə bir boşanma hadisəsi qeydə alınıb.

Hazırda muzey kimi istifadəyə verilən otaqdakı əşyalar bir nəfəlik yataq, masa və kiçik bir sandıqdan ibarətdir.

Transilvaniyada məskunlaşan saksonların dini inancı Lüterçi Protestant Xristianlığı olub. Bu din bəlli şərtlər çərçivəsində boşanmağa icazə versə də, cütlüklərin boşanmasının qarşısını almağı daha üstün tutub. Kilsənin həyətində yerləşən bu otaq da həmin cütlüklərin barışması üçün nəzərdə tutulub.

Biertan kilsəsinin hazırki keşişi ənənə haqqında bunları deyib:
“Çox güman ki, keçmişdə evlənən insanlar bir-birilərinə sevgi ilə bağlanmırdılar. Onların tək məqsədi işləmək və həyatda qalmaq mübarizəsi olub. Cütlüklərin 6 həftə müddətində bu otaqda kilidlənməsi bir il sonrası üçün qida toplamasına imkan verməyib. Bu səbəbdən boşanmaq istəyən cütlüklər bir an öncə barışıb öz normal həyatlarına geri qayıdıblar.

Modern ailələrdə insanlar bir-birilərinə çox az vaxt ayırırlar. Yəni, biz bu laqeydliyi nəsillərimizdən miras almışıq. Buna görə bizim üçün nəyin yaxşı olduğuna qərar vermək və bizi bir arada saxlayan şeyləri bilmək üçün daha çox dialoqa girməyə ehtiyacımız var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir