bosanma

Boşanmış qadınlara olan münasibət niyə birmənalı deyil?

Baxış sayı: 316

Azərbaycan kimi cəmiyyətlərdə qadınlara qarşı zorakılıq zəminində özünü göstərən bəlalardan da biri boşanmış, dul qadınlara olan münasibətdir.

Qadın bakirə deyilsə, üstəlik də nə vaxtsa ailəli olub boşanıbsa, ona olan ilk yanaşma intim tələbat üzərindən formalaşacaq. Əslində, bu, qeyrət-namus kimi anlayışların geniş vüsət aldığı islam ölkəsində paradoks təşkil edir. Amma təəssüf ki, bizim əlimizdə bayraq tutduğumuz və hətta qürurla həbsi belə gözə aldığımız qeyrət-namus anlayışımız dar çərçivədə formalaşır. Yalnız doğmalarımızı qoruyub ətrafa bayağı yanaşıb əxlaq çərçivəsindən kənar çıxmağın sonu bir insanın faciəvi taleyi bahasına başa gəlir. Bizim doğmalarımızı qorumaq instiktimiz olduğu kimi, digər insanlarda da bu var. Amma o, qadın boşanıbsa, sərbəstdirsə, “demək onunla cinsi tələbatımı ödəyə bilərəm”, yanaşması ətrafını sənin kimi qorumaq istəyən boşanmış qadının doğmasında da onu qorumaq instinktini oyadır. Nəticədə də ölkədə qısqanclıq zəminində baş vermiş cinayət hadisələrinin sayı artır.

bosanma

Bəs görəsən, boşanmış qadınlara olan münasibət niyə birmənalı deyil və bu halı necə dəyişmək olar?

Mövzuya dair fikirlərini bildirən Psixologiya Departamentinin rəhbəri, psixoloq Jalə Mirsaabqızı öncə artan boşanmaların nə ilə əlaqəli olduğundan bəhs etdi: “Boşanma — evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu proses ailənin dağılması kimi də tanınır. Əksər ölkələrdə boşanma üçün məhkəmə və ya digər rəsmi orqanın qərarı tələb olunur. Maraqlıdır artmaqda olan boşanmalar nə ilə əlaqədardır? Bunun bir neçə səbəbləri vardır. Bəzən ən kiçik səbəblər belə ailələrin dağılmasına səbəb olur.Burda bir neçə amil saya bilərik. Məsələn malliyyə çətinliyi, mənzil problemi, cütlüklər arasında yaranan ünsiyyət problemi, bir-birini anlamamaq, fiziki zorakılıq, daimi baş verən mübahisələr, gəlin-qaynana və ya gəlin-baldız münasibətləri, övladın olmaması, yersiz qısqanclıqlar, xəyanət,sərxoşluq və.s digər amillər səbəb ola bilər. Təbii ki, bu halların bəziləri dolayı yollarla ailəni boşanmaya gətirib çıxarır.”

Jale MIRSAABQIZI

“Boşanmış qadına cəmiyyət necə yanaşır” sualı ətrafında da danışan mütəxəssis boşanmış qadına cəmiyyət tərəfindən pis yanaşılmamasının gərəkdiyini bildirdi: Boşanan xanımlara normal münasibət olmalıdır.Çünki boşanmanın səbəbləri var. Ən əsası boşanma baş verən bütün ailələrdə yaranan problemlər bizə bəlli deyil Bəlkə həyat yoldaşında psixi pozuntular var, psixi xəstəlik var, hər hansı bir şəxsiyyət pozuntusu var. Yaxud da oğlanın valideynlərinin   müdaxiləsi zəmnində boşanma olur. Diger səbəb olaraq övlad sahibi olamamaq və.s kimi göstərmək olar.”

 

Hazırladı: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir