teyyare

Boşanmış valideynlər uşağı xarici ölkəyə hansı hallarda apara bilər?

Baxış sayı: 156

Boşanmalar ildən ilə artmaqla bərabər özü ilə bir çox problemlər yaratmaqdadır. Valideynlər boşandıqdan sonra uşağın gələcək taleyi ilə əlaqədar bir sıra çətinliklər meydana gəlir. Əksər hallarda valideynlər boşanarkən məhkəmə uşağın anada qalmasına qərar verir. Uşağın xaricə getməsi zamanı Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən uşaq kimin himayəsindədirsə, o zaman digər valideynin notariat qaydada təsdiq edilmiş razılığı tələb olunur. Əks halda uşağın xarici ölkəyə çıxarılmasına icazə verilmir. Boşanmış cütlüklər bir çox halda xoş münasibətlə ayrılmadıqları kimi, ayrıldıqdan sonra da bir-birinə qarşı maneələr yaratmaqdadır. Bu cür münasibətlər isə daha çox uşağın həyatına mənfi təsir göstərir.

Mother with her baby boy in an aircraft

Mother with her baby boy in an aircraft

Uşaqların xarici ölkəyə çıxarılması zamanı razılığı tələb olunan valideyn notariat qaydasında razılıq verməzsə, bu zaman iş məhkəmə qaydasında həll edillir, yəni uşaq əgər anaya verilibsə, bu zaman ana uşağın xaricə getməsinə izn verilməsi ilə iddiası ilə məhkəməyə müracitət etməlidir. Məhkəmə daha çox uşağın lehinə ola biləcək halları nəzərə alaraq qərar verir. Uşağın lehinə olan hallar isə uşağın sağlamlığı, yəni onun xaricdə müalicəsi ilə əlaqədar ola bilər eyni zamanda təhsili ilə əlaqədar seminar və konfransda iştirak etməsi və idman oyunlarında iştirak etməsi uşağın lehinə olan hallardır.

teyyare

Uşağın xaricə getməsində digər valideynin razılığı da çox əhəmiyyətlidir. Hər bir valideyn öz övladı barəsində məlumatlı olmaq eyni zamanda görüş hüququ vardır. Uşağın xarici ölkəyə getməsi zamanı isə bu görüş hüququnu həyata keçirə bilmir və bu səbəbdən məhkəmə qərar verərkən hər bir halı nəzərə almalı və buna əsasən qərar verməlidir. Azərbaycanın da üzv olduğu Avropa İnsan Hüquqları Məhkəməsinin Bianchi İsveçrəyə qarşı qərarında Stefano Bianchi öz arvadından boşandıqda məhkəmə uşağın anada qalmasına qərar vermişdi. Ana övladı ilə xarici ölkəyə gedərək atanın övladı ilə görüş hüququndan məhrum etmişdir. Avropa Məhkəməsi işə baxarkən Avropa Konvensiyanın 8-ci maddəsi ilə ana və atanın öz uşaqları ilə görüşmək hüququnun təmin olunması üçün dövlət orqanlarının bu öhdəliyi təmin etməyi onların üzərinə qoyur. Bundan əlavə BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinə əsasən dövlət orqanları, məhkəmələr uşaqların maraqlarının təmin edilməsinə riayət etməlidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir