boyrekler

Böyrəklərinizin sağlamlığı üçün bunları etməyin – TÖVSİYƏ

Baxış sayı: 1. 832

Böyrəklər bədənimizdəki artıqların təmizlənməsi, təzyiq və qandakı alyuvar balansın tənzimlənməsi üçün həyati əhəmiyyət daşıyan orqandır. Gündəlik olaraq böyrəklərimizə zərər verən çox şeylər edirik. Nəticədə böyrək çatışmazlığı kimi problem yaşanır.

Lent.az böyrəklərə zərərli olan yanlış vərdişləri təqdim edib. Böyrəklərin sağlamlığı üçün bunları etməyin.

Kifayət qədər su içməmək. Gün ərzində yetərincə su içmədikdə, böyrəklərdəki qan axını azalır və ən sonda qanda fərqli toksinlər toplanır. Bədəndən atılmayan bu toksinlər orqanlara zərər verir. Gündə 2-2.5 litr su içməlisiz. Susamadan su içməyi vərdiş halına gətirin.

Duzlu yeməklər sevmək. Yeməklərdən aldığımız sodiumun yuyulması və bədənə zərərli təsir yaratmadan atılmasını təmin edən böyrəklərin sağlamlığı üçün çox duzlu yeməyin. Duz çox yeyildiyində sodium qəbulu çox olduğundan böyrəklər mütəmadi olaraq onu təmizləyir. Nəticədə gücə düşən böyrəklərin nazik damarlarına təzyiq yüklənir və böyrəklərin sidik süzmə funksiyasında axsama olur.

Ağrıkəsici istifadə etmək. Çoxumuz yüngül ağrılar üçün də ağrıkəsici istifadə etməyi sevirik. Ağrıkəsicilərin yan təsirləri olduğundan bundan təsirlənən orqanlardan biri böyrəklərdir. Bu vərdişimiz böyrək toxumasını pozaraq böyrək çatışmazlığına səbəb olur.

Dolu sidik kisəsi ilə uzun müddət gözləmək. Çoxumuzun sahib olduğu bir digər pis vərdiş uzun müddət sidiyimizi saxlamaqdı. Bu da sidik əzələsində zəifliyə gətirib çıxarır ki, sidiyimizə nəzarət edə bilmirik. Sidiyi saxladıqda hidronefroz – sidiyin böyrəklərə geri təzyiqi nəticəsində böyrək çatışmazlığı ortaya çıxır. Dializlə də nəticələnə bilər.

Çox qəhvə və çay içmək. Bəzilərimiz susadıqda su yerinə şirin, qazlı içkilər, çay, qəhvə içirik. Kafein tərkibli bu içkilər qan təzyiqini yüksəldir, bu da böyrəklərə təsir edərək yüksək təzyiq görməsinə səbəb olur.

Çox protein qəbul etmək. Qırmız ət və digər heyvan mənşəli proteinlə zəngin olan qidaları çox yemək böyrəklərə zərər verir. Bədəndə fərqli turşular, azot və eyni tullantılar yığılır. Bu da daş yaranmasından nefritə qədər bir çox xəstəliyin yaranmasına zəmin yaradır.

Spirtli içki. Spirt böyrəklərə ziyan verən toksin tərkiblidir. Yüksək miqdarda və çox içildiyində böyrək toxumasındakı qan kanallarının qidalanmasını pozur, bədəndə maye və faydalı mineralların miqdarını azaldır. Böyrək çatışmazlığına səbəb olur.

Siqaret çəkmək. Siqaret böyrək xəstəliyini inkişaf etdirir.

Soyuqdəymə və qripə laqeyd yanaşmaq. Bu xəstəliklər zamanı yetərincə istirahət etməyən və immuniteti gücləndirmək üçün tədbirlər görməyən insanlarda böyrək xəstəlikləri daha çox ortaya çıxır.

Yuxusuz qalmaq. Gecələr yatarkən orqan və toxumalarımız yenilənir. Buna görə yuxusuz qalmaq bu yenilənməyə mane olur. Yetərincə yatmalı və dincəlməliyik.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir