boyun

Boyun ağrılarına qarşı 3 faydalı HƏRƏKƏT

Baxış sayı: 695

Karantin vaxtı evdən işləməli olursunuz, gün ərzində saatlarla smartfona ya da kompüterə baxırsınız? Bu cür uzun müddət qaldıqda boyun ağrıları yaranır. Hər 5 nəfərdən biri boyun ağrılarından əziyyət çəkir. Yaşlı pasiyentlərdə onurğada daha çox degenerativ dəyişiklik olsa belə, gənc insanlarda ağrılar daha çox əzələlərin disbalansı nəticəsində olur.  Bunu həkim-fizioterapevt, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova açıqlayıb. Onun sözlərinə görə, bu, qamət və əzələlənin düzgün işlətməməsinə görə yaranır: “Smartfonu ya da kompüteri işlətdikdə qamətimizə çox vaxt fikir vermirik. Ümumiyyətlə, smartfonla əlaqəli boyun və kürəkdə olan ağrılar “text neck “ sindromu adlanır. Bütün günü başını aşağı əyib smartfona ya monitora baxdıqda boyun onurğası ətrafında əzələlərin yorulmasına və zəifləməsinə səbəb olur. Normada boyun əzələləri mərkəz (neytral) pozisiyada olan başın çəkisini saxlayır. Amma siz başınızı qabağa əyirsinizsə bu çəki 5-6 dəfə artır. Həm də saatlarla elə olur. Bu yüklənməyə əzələlər dözə bilmir, yorulur və zəifləyir. Hər gün bu baş verirsə onurğada xırda oynaqlar stabilliyi itirə bilər. Arada bu oynaqlar ilişə bilər, əzələni və sinirləri sıxır və üzunmüddətli ağrı yaranır. Siz də bu ağrıların nədən yarandığını bilmirsiniz.

Bu ağrıların qarşısını almaq üçün monitoru göz səviyyəsində saxlamaq lazımdır. Başınızı aşağı və ya da yana əyməyin. Bu Smartfona da aiddir. Həm də smartfonu fasiləsiz işlətməyin.

Boyun ağrıları ilə mübarizədə sadə idmanlar sizə kömək edəcək.

İlk öncə qamətinizi düzəldin, başınızı düz tutun, qulaq və çiyin eyni xəttdə olsun, çiyinlərinizi bir az aşağı və arxaya aparın.

  1. Çiyinlərinizi arxa və aşağıya doğru 10 dəfə hərəkət etdirin.
  2. Özünüzü bir qədər qaldırın. Başınızı əks tərəfə çevirin.15 dəqiqə 3 dəfə təkrarlayın.
  3. Bir əlinizi gicgah nahiyyəsinə yerləşdirin. Başınızı əks istiqamətdə çiyin tərəfə aparın, boyun əzələlərdə yüngül gərmə hiss edəcəksiniz. 15 qədər sayın. 3 dəfə təkrarlayın.

Həkim, həmçinin “Yatmağlnıza fikir verin. Böyrüstə ya da arxası ustə yatın. Üzü üstə yatmaq onurğaya ziyandır. Çünki o zaman o dəstək almır. Ortopedik boyun balışdan istifadə edə bilərsiz, bu yastıq normal boyun formasına dəstək verir”, – deyə bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir