araq

Britaniya alimlərinin sensasiyalı nəticəsi

Baxış sayı: 432
Alkoqol qaraciyər sirrozu, damarların aterosklerozu kimi ölümə gətirib çıxaran xəstəliklər yaradır. Lakin ürək tutması alkoqoliklərdə sağlam adamlardan daha az olur.
“European Psychiatry” nəşrininin yaydığı məlumata görə, belə nəticəyə Böyük Britaniya alimləri gəliblər.
Eksperimentlərdə ümumilikdə 23 min alkoqoldan asılı, 234 min sağlam adam iştirak edib. Əldə edilən nəticələrə əsasən, alkoqolizm ömrü orta hesabla 7,6 il azaldır. Alkoqoliklərdə 27 xəstəlik növü sağlam adamlara nisbətən daha çox müşahidə olunur.
Spirtli içkilərin qəbulu ilə bağlı daha çox yayılan patologiya sırasında qaraciyər, mədə, baş beyin xəstəlikləri durur. Bununla belə, alkoqoliklərdə katarakta və ürək tutmalarına daha az rast gəlinir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir