broyler

Broyler toyuqları ölümü necə tezləşdirir? – ARAŞDIRMA

Baxış sayı: 1. 386
Dünya alimlərinin son illər ərzində insanlarda bir çox xəstəliklərin niyə yaranmasının səbəblərini araşdırıblar. Alimlərin qənaətinə görə dünyada qida təhlükəsizliyinin pozulması yeni xəstəliklərin yaranmasına səbəb olur. Qida təhlükəsizliyinin pozulmasını kanadalı alimlər toyuqlar üzərində apardıqları araşdırma ilə sübut ediblər.  Alimlərin araşdırması nəticəsində bəlli olub ki, vəhşi toyuqlar 11 yaşa qədər yaşayır, broyler toyuqlarının yaşama müddəti isə cəmi 50 gündür.
Alimlər sübut ediblər ki, toyuqlara verilən kimyəvi preparatlar onların sürətlə böyüməsinə səbəb olur. Bu preparatlar toyuq ətində itmir və onu yeyən  insanın orqanizminə keçir. Məhz bu səbəbdən son illər ərzində uzunömürlü insanların sayı azalır. Həmçinin ağır xəstəliklərin sayı durmadan artır.  Alimlərin araşdırması nəticəsində məlum olub ki, xərcəng xəstəliyinin yaranma səbəblərdən biri də broyler toyuqlarının istehlak edilməsidir.
Toyuq əti də dünyada ən çox istehlak edilən ət növüdür. Yer üzündə 23 milyard toyuq var.
Alimlər hesab edir ki, broyler şirkətləri daha çox qazanc əldə etmək üçün kimyəvi pereparatlardan normadan artıq istifadə edirlər. Toyuq ətini istehlak edən insanın bədənində sürətlə qocalma, xəstəliklərə qarşı davamsızlıq yaranır.
Ölkəmizdə olan broyler şirkərlərinin də məhz bu preparatlardan normadan artıq istifadə etdiyi göz önündədir. Azərbaycan şirkətləri 37-42 gün ərzində broyler toyuqlarını satışa çıxardırdıqlarını iddia edirlər. Amma görünən odur ki, bu belə deyil. Bu toyuqlar 27-30 gün ərzində satışa çıxarılır. Həmsöhbət olduğumuz Zabir Mürsəlov broyler şirkətlərinin insanların qəsdinə durduğunu etiraf edir. Müsahibimiz “Səba” broyler şirkətinin toyuqların 37-42 günə satışa çıxarılmasına inanmadığını bildirir:
”Bütün Azərbaycana toyuq satan şirkətlərimizin bu təlabatı ödəməsi mümkün deyil.”Səba”, “Mərcan” kimi broyler şirkətləri xüsusi kimyəvi pereparatlarla bizi ölümə sürükləyir. ”



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir