İnfarkt

Bu əlamətlər ürəyinizdə problem olduğunu göstərir

Baxış sayı: 1. 573

Bədənimizdə lazımi oksigen və qida maddələrini təmin edən ürəyimiz, müxtəlif səbəblərdən bu vəzifəni yerinə yetirə bilməyındə, ürəyin özündə və ya digər orqanlarda bir sıra pozuntulara səbəb olur.

Bunlar da xəstəlik əlamətləri olaraq, xəstələrin şikayətlərini yaradır.

Ümumiyyətlə xəstələrdə görünən qəlb xəstəliklərinin əlamətləri:

Ağrı
Nəfəs darlığı
Yorğunluq və halsızlıq
Döyüntü
Ayaqlarda və qarında şişmə (ödem ve asit)
Öskürək
Özündən getmə(senkop)
Mədə pozğunluğu, hıçqırıq və udma çətinliyi
Baş və boyun ağrıları
Göyərmə və.s

Ağrılar

Ürək xəstəliklərinin ən mühüm və ən çox rast gələn əlamətlərindən biridir. Koronar arteriya xəstəliyi (yəni ürəyi qidalandıran damarların daralması və ya keçilməzliyi) kifayət qədər oksigen almayan ürək əzələsi, bunu ağrı ilə göstərir.

Ancaq, döşdə hiss edilən ağrıların hamısı ürəklə bağlı deyil. Əzələ, qabırğa, onurğa, yemək borusuna aid ağrılar da döşdə hiss edilə bilər.

Ağrı yorulanda və ya həyəcanlananda olur, dincələndə keçirsə koronar damarlarla bağlı olma ehtimalı çoxdur.

Aortal stenoz, hipertrofiya obstruktiv kardiomiopatiya, ciddi hipertoniya, aorta çatışmazlığı, ciddi qan azlığında, hipoksiya kimi səbəblər döşdə işemik (yəni qanın az gəlməsi) mənşəli ağrılara səbəb olur.

Nəfəs darlığı

Nəfəs darlığı, insanın çətin və yorucu, çətinliklə nəfəs alıb verməsi deməkdir. Bir çox səbəbi var.

Xroniki astma, ürək çatışmazlığı, xroniki ağciyər xəstəliyi və ya fiziki vəziyyətin çatışmazlığına bağlı olarak (yaşlılar, köklər və ya daha çox oturaraq iş görən adamlar) inkişaf edə bilər.

Nəfəs qıtlığının ani artımı ağ ciyərdən çox ürək xəstəliyini düşündürür. Digər tərəfdən, həm ağciyər, həm də ürək xəstəliyi olanlar nəfəs darlığına hansının daha çox səbəb olduğunu ayırd etmək olduqca çətinləşir.

İşləyərkən və ya istirahət zamanı gələn, quru, qıcıqşəkilli öskürək, ürək çatışmamazlığına bağlı ağciyər şişi ilə bağlı ola bilər. Nəfəs darlığı ümumiyyətlə olsa da, öskürək şikayəti daha ön plana keçər.

Nəfəs darlığı ilə birlikdə eşidilən fit sesi (wheezing) ağ ciyər və ya ürək xəstəliklərinə bağlı ola bilər.

Nəfəs darlığı, ürək xəstəliklərində olduğu kimi, çox müxtəlif tənəffüs sistemi xəstəliklərində, qan çatışmazlıqlarında, sinir sistemi xəstəliklərində də görülə bilər.

Yorğunluq və Halsızlıq

Bir çox səbəbə bağlı olaraq inkişaf edə bilər. Ən çox narahatlıq və depressiyaya bağlı olaraq görünər.

Qan azlığında, hipertireoz və digər xroniki xəstəliklər yorğunluq və halsızlığa səbəb ola bilər.

Ürək çatışmazlığı olan xəstələrə, verilən sidikqovucu dərmanlar və ürək çatışmazlığının getdikcə artması

Ürək xəstəliklərində görülən öskürək, yorulmaqla əlaqəli və qırıq-qırıqdır. Xırıltılı tənəffüs, döyüntü və nəfəs darlığı da birlikdə ola bilər. Öskürək quru və ya bəlğəmlə ola bilər.

Gecələr yuxudan oyadan və qalxıb oturmaqla keçən öskürək, ürək çatışmamazlığı təzahürüdür.

Özündəngetmə (Senkop)

Kardiotonik bayılma , ürəyin döyüntüsündəki (atım həcmi) ani azalmaya bağlı olaraq inkişaf edən yetərsiz beyin qan cərəyanına bağlı müvəqqəti şüur itkisi olaraq tanınır. Özündəngetmə isə, xəstənin özünü pis hiss etməsi və zəiflik hissi, özündən getməsinə baxmayaraq, şüurunun itirməməsi ilə xarakterizə edilir.

Tez-tez görülən tip senkop(vazovagal senkop); Artıq azan sinirə aid xəbərdarlıqdan qaynaqlanan nəbz və təzyiq düşməsi səbəbindən inkişaf edir. Əksəriyyətlə, isti bir otaqda, ağır bir yemək kimi xəbərdaredici amillər var. Ürək bulanması, tərləmə, əsnəmə, bəzən görmə və eşitmə pozğunluğu kimi ön əlamətlər olur. Bunlardan sonra xəstədə nəfəs darlığı yaranır, tərli ola bilər və ürək sürəti yavaşıyır.

Hıçqırıq, infarktlı xəstələrdə nadir hallarda inkişaf edir; Ürək cərrahiyyəsi sonrası isə tez-tez görülür.

Udma çətinliyi, somatik sklerozlu, aorta arkus anomaliyası olan və ya həddindən artıq geniş sol atriumlu (qulakcıqlı) xəstələrdə inkişaf edə bilər.

Baş və boyun ağrıları

Arterial təzyiqin çox yüksəlməsiylə və ya çox düşməsində baş və boyun ağrısına tez-tez rast gəlinir. Ani yüksəlmələrdə, baş ağrısıyla birlikdə ürək bulanması da olur.

Göyərmə (siyanoz)

Qanın yaxşı oksigenlənmədiyi və ya ürək və ya böyük damarları səviyyəsində çirkli qanın təmiz qana qarışması yaranır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir