METAL

Bu əşyaları niyə borc vermək olmaz? – İNANCLAR

Baxış sayı: 814

Qədim dövrlərdə hansısa bir hadisə zamanı insanlar baş verənlərə aydınlıq gətirə bilmədikləri üçün müxtəlif cür inanc  meydana çıxıb. Sadəcə uzun illər ərzində məlum olub ki, baş verən hadisələr bir – biri ilə əlaqəli olub və bu əlaqələr mistik xassəyə aid edilib. Əslində isə, bir çox əlamətlərdə ağlasığan inanclar həqiqətən də mövcüddur.

Pul borc vermək məsələsinə aid çoxlu sayda inanclar söylənilib. Axşam vaxtı qətiyyən pul borc vermək olmaz. Lakin pulu maddi rifahı yaxşı olan insana vermək olar. Səbəbi verdiyiniz pulu geri almaq sığortasını təmin etmək deyil, səbəbi odur ki, maddi rifahı yaxşı olan kəs qaytaracağı pul ilə yanaşı, şəxsi uğurunun bir hissəsindən sizə pay vermiş olmasıdır.

Bəzi inanclara görə, metal əşyalar daşlar kimi insanın enerjisini özünə cəlb edir və sahibini dəyişən zaman mənfi reaksiyaya sahib olur. Əgər bir insan öz bəzək əşyalarını rahat daşıya bilirsə bu, o demək deyil ki, digər insan onu belə rahat daşıya biləcək.

Bir çox mütəxəssislər də bu fikir ilə razılaşır. Bədbəxtliyi özünüzdən uzaq tutmaq istəyirsinizsə,   bəzək əşyalarınızı başqalarına nə verin, nə də ki, onlardan alın.

Bəzən qohumlar və ya yaxın dostlar süfrəyə qoymağa və ya yemək bişirmək üçün başqalarından  qab – qacaq istəyirlər. Lakin qablar olduğu evin bütün enerjisini özündə toplayır. Buna görə də onu kiməsə verməyiniz və ya kimdənsə almağınız məsləhət deyil. Yox, əgər siz kimdənsə  qab almısınızsa o zaman qabın çirkli və boş qaytarılmamasına diqqət yetirməlisiniz.

Süpürgəyə aid çoxlu inanclar mövcuddur. Evdə bir dənədən artıq süpürgə olmamalıdır. Bir neçə süpürgə evdə bir neçə problem deməkdir. Evinizi evə gələn qonağın süpürməsi məsləhət deyil.  Bundan başqa, süpürgəni müvəqqəti kiməsə borc vermək qətiyyən olmaz. Bu, evdə maddi problemlərə səbəb ola bilər. Lakin həmişəlik vermək olar.

Qadınlar və gənc qızlar tez – tez bir – biriləri ilə geyimlərini dəyişirlər. Geyimlərimiz bizim bədənimizə ən çox yaxın olan əşyadır və o bizim enerjimiz ilə yüklənib. Geyiminizi o halda verə bilərsiniz ki, siz onu çoxdan geyinməmiş olasınız. Bundan başqa, enerji daha çox dəri ayaqqabılarda toplanır.

Hər kəs bilir ki, duz enerji yaddaşına malikdir. Onunla əlaqəli çoxlu inanclar mövcuddur. Evdən duzu vermək məsləhət deyil. Əgər biri sizdən duz istəyirsə, duzu ona əlinizdə verməyin, onu bir yerə qoyun və duz istəyən şəxs özü duzu götürsün. Əks halda siz enerjinizin bir hissəsini itirmiş olursunuz və siz özünüzü halsız hiss edəcəksiniz. Duz əbəs yerə adət – ənənələrdə istifadə edilmir. Onun köməyi ilə evin enerjisini təmizləmək mümkündür.

Çörəyə aid inanclar hələ qədim dövrlərdən mövcuddur. Bu məhsulu kiminləsə bölüşmək olar. Lakin bununla yanaşı, bir neçə vacib nüansa diqqət yetirmək lazımdır. Əgər verdiyiniz çörəkdən savayı evinizdə bir dilim çörək yoxdursa onun hamısını vermək olmaz. Bu qayda çörəkdən başqa bütün qida məhsullarına da aiddir. Bu, kasıblığa səbəb ola bilər. Əgər istəmirsinizsə ki rifah, əmin – amanlıq ailənizi tərk etməsin, o zaman məhsulu evin astanasından verin. Daha bir qayda: Çörəyi gün batandan sonra vermək olmaz. Bu zaman siz bədbəxtliyi və bəlanı özünüzə cəlb etmiş olursunuz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir