derman

Bu dərmanlar asılılıq yaradır – Tədqiqatçılardan XƏBƏRDARLIQ

Baxış sayı: 780

Günümüzdə antidepressantların istifadəsi getdikcə artır. Tədqiqatlara görə, ABŞ-da insanların 12%-i on üç yaşından etibarən antidepressantlardan istifadə etməyə başlayır. Bəs antidepressantların asılılıq yaratdığını bilirdinizmi?

ABŞ-ın Çikaqo ştatından 3 tədqiqatçı bu mövzuda 6 illik təcrübələri nəzərdən keçirib.

Məlum olub ki, antidepressantlardan uzun müddət istifadə edən bir insan anidən dərmanı qəbul etməyi dayandırdıqda baş ağrısı, yuxusuzluq, təşviş, ishal, narahatlıq, yorğunluq və qrip kimi simptomlar özünü birüzə verir.

Tədqiqatçılar həkimlərin terapiya əvəzinə xəstələrə birbaşa dərman müalicəsi tətbiqinin doğru olmadığını və antidepressantların insan sağlamlığını təhlükəyə atdığını bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir