geyim

Bu geyimlər hər bir qadının qarderobunda mütləq olmalıdır

Baxış sayı: 445

Hər bir qadının qarderobu müxtəlif geyim növləri ilə zəngindir. Fərqli parçalardan şalvarlar, uzun və qısa donlar, hündür və ya düz ayaqqabılar, rəngarəng çantalar və s. Bu geyimlər zərif cinsin daima gözəl görünməsinə xidmət edən bir vasitədir. Lakin elə geyimlər var ki, hər bir qadının qarderobunda mütləq olmalıdır. Bəs bu geyimlər hansılardır?

 

Beretlər

Beretlər bütün yaşlar üçün keçərlidir. Onlardan demək olar ki, çoxları istifadə edib və indinin özündə də bu aksesuar çox  aktualdır.

beret

Darbalaq şalvar

Elə bir geyimdir ki, hər bir qadının  qarderobunda olmalıdır. Nə ilə istəsən, onu kombin etmək olar. Gəzintiyə çıxarkən geyinə biləcəyiniz ən rahat geyimlərdəndir.

qara don

Kiçik qara don

Koko Şanelin kəşf etdiyi  qara don  hər bir qadının qarderobunda olmalıdır. Qara don bütün xanımları çıxılmaz vəziyyətdən xilas edir.  Adi qara donu gündəlik tərzdə geyindiyimiz kimi, ona parlaq aksesuar əlavə etdikdə ziyafət geyimi kimi də istifadə edə bilərik.

geyim

Ağ köynək

Ağ köynək ilə qələm ətəyi, dar şalvarı, pencəyi   rahat kombin edərək bir anda şık görünə bilərsiniz.  Özünüzü daha rahat hiss etmək üçün çalışın  qırışmayan parçalar seçin.

godekce

Dəri gödəkcə

Dəri gödəkcə çoxdan metalçıların və baykerlərin atributu olmaqdan çıxmışdır. İndi bu cür geyimləri nümunəvi davranışlı qızlar da geyinir. Dəri gödəkcə sizin obrazınıza hər zaman bir aktuallıq gətirəcək.

salvar

Hündürbel şalvar

Dar kəsim şalvarlarla yanaşı qarderobda hündürbel şalvarlara da mütləq yer verin. Bu tip şalvar vizual olaraq ayaqlarınızı daha hündür  göstərəcək.

geyim 1

Qara və bej rəngli tufli

Ayaqqabıların arasında qara və bej rəngli tuflilərin rəqibi yoxdur. Onlar vizual olaraq ayaqları 1-2 sm uzun göstərir . Əsas odur ki, bu tip ayaqqabını seçərkən dəri rənginizi də nəzərə alasınız. Ayaqqabını seçərkən materialına da fikir verin. Zamuj materiallı tufli əsasən orta yaşlı xanımlara, dəri material işgüzar xanimlara, lak ayaqqabılar isə gənc xanımların üstünlük vermələri daha məqsədəuyğundur.

palto

Palto

Qış mövsümü üçün yaxşı bir palto seçmək əhəmiyyətlidir.  Palto  sizi isti saxladığı qədər də, hər paltara uyğun və dəbli olmalıdır.

plas

Trençkot( plaş)

İşləyib-işləməməsindən asılı olmayaraq bu geyim hər bir qadının qarderobunda olmalıdır. Zərif  və zamansız trençkotları cins şalvardan tutmuş, idman ayaqqabısına kimi hər şeylə kombin edə bilərsiniz.

Qələmgeyim 2 – ətək

Ofis geyiminin ən uğurlu variantı bu stildə olan ətəklərdir. Bu tip ətəyi əsasən dikdaban ayaqqabı ilə kombin etmək lazımdır. Eyni tonlu klassik rənglərin ahəngindən olan qələm –ətəklər  işgüzar xanımların əvəzedilməz geyimi olmalıdır. Belə ətəklər universaldır, bu geyimə hər cür köynək, aksessuarlar və ayaqqabı seçmək olar.

pencek

Pencək

Hər stilə uyğun olan bir pencək mütləq hər bir qadının qarderobunda olmalıdır. Xüsusən də yaz havalarında gündəlik istifadə üçün mütləq pencəyə ehtiyacınız olacaq. Blazer pencəklər də mövsüm keçidləri üçün möhtəşəm bir seçimdir.

sviter

Həcmli sviter

Bu tip geyimə üstünlük verən   əsasən kompleksiz xanımlardır. Həcmli sviteri leqinslər və ya  yüngül ətək ilə də geyinə bilərsiniz. Həcmli sviterlər son illər ərzində ilin ən  dəbli geyimləri sırasındadır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir