8 mart

Bu gün xanımlara hansı hədiyyələri almalı? – KİŞİLƏRƏ MƏSLƏHƏT

Baxış sayı: 1. 236

Bugün xanımları intizara, kişiləri təlaşa salan 8 mart Beynəlxalq Qadınlar Günü və ən əsası bu günə hədiyyə seçimindən danışmaq istəyirik.

 

İlk olaraq romantikadan başlamaq istəyirik. İki nəfərlik şam yeməyi, şamlar, skripka. Gözlərdəki sevgi, baş-başa keçirilən bir xanım üçün zaman hər şeydən dəyərlidir.

Klassik hədiyyə sayılan çiçək əvəzolunmazlığını hər zaman qoruyur. Amma burada da kiçik bir məsləhət vermək istəyirik. Əvvəla çalışın dipçəkdə olan kaktus kimi, ev güllərindən uzaq durasınız. Məsələn, tam açılmamış qırmızı qızılgül hər xanımı sevindirmək sehrinə malikdir.

Gözəllik salonu, spa və ya fitnes mərkəzinə kupon da top-10 hədiyyələr sırasındadır.

Kiçik bir sirri də paylaşım. Bu xanımların çox xoşuna gəlir. Hətta bunu uzun müddət rəfiqələrinə danışmaqdan yorulmurlar. Gününüzə başladınız, bayramı qeyd etdiniz, hədiyyənizi verdiniz. Evə yola salma zamanı birdən ikinci bir hədiyyəni təqdim edirsiniz. Bu çox kiçik bir hədiyyə də ola bilər. Amma onun verdiyi emosiya və gözlənilməzliyi bir başqa aləmdir.

Əl işi. Öz əllərinizlə hazırladığınız hədiyyə, salat, tort xanımlar üçün çox dəyərli sayılır.

Kiçik şirin, sevimli və maraqlı ev heyvanı da ola bilər.

Parfüm. Bu variantda xanımınızı yaxşı tanımalı və necə ətir sevdiyini bilməlisiniz. Arzu olunmaz ətir bayramını qara gətirə bilər.

Bahalı hədiyyə sevən xanımların siyahısına nəzər salsaq sıralama belə olar: avtomobil, mənzil, xəz-dəri, brilliant. Əgər maddi sıxıntınız yoxdursa, kiçik brilliant üzük xanımınızı sevindirə bilər.

Əziz kişilər, xanımları gözəl sözlərdən də məhrum etməyin. Saçına, dırnaqlarına və paltarına edilmiş komplimentlər bayrama xüsusi abu-hava qatır.

Və bir də mətbəx ləvazimatları, qazan, tava, ümumi əşyalar və ərzaq hədiyyə  etməkdən uzaq durun. Yox əgər belə bir niyyətiniz varsa, onu da maraqlı edə bilərsiniz.

 

Hər bayramı və ümumiyyətlə, hər günü xanımınız üçün əsl bayrama çevirmək olar. Çox sıradan səslənsə də, amma deyəcəm: “Yetər ki, bunu istəyin”. Pul və zamanın olmamağı kişilərin klassik bəhanələridir ki, məncə bir gün o bəhanələri bir kənara qoqmalıdırlar. Həvəslə və sevgi ilə edilmiş hər hədiyyə, atılmış hər addım bir xanım üçün dünyalar deməkdir. İnaniram əziz kişilər və dəyərli xanəmlar mənimlə razı olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir