geyim

Bu il dəbdən düşəcək GEYİMLƏR

Baxış sayı: 490

Bu il dəbdən düşən geyimlər açıqlanıb.

“Gencaile.az” saytı  xəbər verir ki, bu barədə “Daily Mail” nəşrində məlumat dərc olunub.

Tanınmış modelyer Meqan Vatkins beli uzun dar cins şalvarların, bayker stilli çəkmələrin və bombardmançı gödəkcələrin dəbdən düşəcəyini deyib. Onları ətəyi geniş və bol şalvarlar, dəridən hazırlanmış çəkmələr, süni xəz ilə bəzədilmiş həcmli biker gödəkcələrlə əvəzləməyi məsləhət görüb.

Trenddən düşən geyimlərdən biri də kəmərli və hündür daban ayaqqabılardır. Bu il əsasən dabanları müxtəlif formalı ayaqqabılar dəbdə olacaq.

geyim

Bundan əlavə, süni xəz paltolar, dəri kəmərlər və V yaxalı sviterlər dəbdən düşənlər arasındadır.

Modelyerin sözlərinə görə, iki ildir ki, həcmli aksessuarlar və dekorativ şapkalar dəbli hesab olunur. Hazırda bu məhsullar öz aktuallığını itirib. Bu sezon daha çox rəngli olmayan, əqrəb formalı saç sancaqlarına, beretlərə üstünlük veriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir