qoxu

Bu insanlar ölümə daha yaxındır

Baxış sayı: 1. 123

Amerikada aparılan bir araşdırmaya görə, qoxu almayan insanlar ölümə daha yaxın olur.

Bu elmi araşdırmanın nəticəsi “Plos One” elm jurnalında yayımlanıb.

Çikaqo universitetinin alimləri 59-85 yaş arasında olan 3 min insan arasında araşdırma apararaq onların qoxu alma duyğusunu ölçüblər. Bu duyğusu zəif olan insanların yüzdə 39-un 5 ildə öldüyü müəyyənləşib. Güclü qoxu alma qabiliyyəti olanların isə sadəcə yüzdə 10-u bu dövrdə həyatını itirib.

Araşdırma zamanı yaş, qidalanma, siqaret çəkmək, yoxsulluq və ümumi sağlıq vəziyyətləri də nəzərə alınıb.

Qoxu itkisiylə həyat müddəti arasındakı əlaqənin tam olaraq bilinmədiyini deyən alimlər, bu duyğudakı azalmanın hüceyrə bərpasını zəiflətdiyini deyirlər.

Qoxu almamanın digər səbəbləri sinusit, allergiya, soyuqdəymə də ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir