kukla

Bu kuklalar hamının təəccübünə səbəb olur

Baxış sayı: 1. 330
Bu uşaqlar böyümür, ağlamır, yemək yemir, altını çirkləndirmir və yeməkdən sonra qazının çıxması üçün anası xeyli çalışır. 
Kukla-uşaqların ən önəmli xüsusiyyəti isə nəfəs alırmış kimi görünmələridir. İngiltərə başda olmaq üzrə dünyanın bir çox ölkələrində fenomenə çevrilən kuklanın bir neçə yaradıcısı var. Jamie Eaton da kuklanın yaradıcılarından biridir. Fiziki olaraq gerçək körpələrdən fərqlənməyən kukla-uşaq İngiltərədə ictimai rəyi iki hissəyə bölüb. Bir çoxları yeni nəsil kuklaların gəlir gətirəcəyinə inanır. Kukla-uşaqlara sahib olmaq üçün xeyli pul ödəyən analar onlara  tez-tez paltar alırlar. Uşaq arabasına qoyaraq parka aparırlar və özləri kimi kukla-uşaqlara sahib olan qadınlarla görüşərək təcrübələrindən danışırlar. Kukla-uşaqlar internetdə satılır. Bəzən kukla-uşaqların saxta olduğunu başa düşənlər bənzərliyə görə şoka düşürlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir