SOSISKA-KOLBASA

Bu məhsullar hamı üçün zərərlidir – XƏBƏRDARLIQ

Baxış sayı: 305

Möhkəm bədənə, ideal bədən quruluşuna sahib olmaq və sağlam bir həyat tərzi sürmək istəyirsinizsə, dəyişməli ilk qayda yemək vərdişləridir. Odur ki, başlanğıc üçün bədəninizə son dərəcə zərər verən altı məhsuldan imtina edin.

“Gencaile.az” oxucuları hər kəsə zərərli ola biləcək məhsullarla tanış edir.

 

Banan çipsləri

Onların digər quru meyvələr kimi faydalı olduğuna inanılır. Ancaq az adam bu xırtıldayan yeməyin necə hazırlandığını bilir. Banan çipslərinin hazırlanması prinsipi orijinal kartofdan götürülüb: təzə bananlar incə dilimlərə kəsilir, şəkər siropuna batırılaraq qaynar yağda qızardılır. Nəticədə, banan çipslərinin heç bir faydası olmadığı üzə çıxır.

Az yağlı məhsullar

Arıqlamaq istəyənlər arasında az yağlı qidaların populyarlığı yalnız fəst-fud sevgisi ilə müqayisə edilə bilər. Eyni zamanda, az yağlı qatıqlar və pendirlər göründüyü qədər dietik deyil. Fakt budur ki, məhsullardan yağları texnoloji və ya kimyəvi yolla çıxarılmaqla istehsalçılar onları kompensasiya etmək üçün ləzzət artırıcılar əlavə edir. Bundan əlavə, bu cür məhsulların istifadə müddətini artırmaq üçün istehsalçılar onlara trans yağlar əlavə edirlər ki, bu da çoxsaylı araşdırmalara görə xolesterini artırır. Belə məhsullar az kalorili olmasına baxmayaraq, müxtəlif kimyəvi əlavələr səbəbindən bədənimizə yalnız mənfi təsir göstərir.

Müsli

Bu məhsulları zərərli edən onlara səxavətlə əlavə olunan şəkər tozu və bitki yağlarıdır. Bu məhsulun 100 qramında təxminən 400 kalori var ki, bu da onu dietik qidalar siyahısından kənarlaşdırır. Səhər yeməyindən imtina edə bilmirsinizsə, özünüz hazırlayın, tam taxıl məhsulları, fındıq və quru meyvələri qarışdırın.

Konserviləşdirilmiş ət

Bunların hamısı sizin iştirakınız olmadan hazırlanmış ət məhsullarıdır: konservlər, kolbasa, kotlet – ümumiyyətlə hər hansı yarımfabrikatlar. Dietoloqlar bu cür məhsulları pəhrizdən tamamilə çıxartmağı məsləhət görürlər, çünki inanılmaz miqdarda duz, qoruyucu maddələr və kimyəv qatqılar tərkibində qanda xolestererini artıran zərərli yağlar var, bu isə piylənmə və ürək xəstəliklərinə də səbəb ola bilər.

Mayonez

Mayonez bütün souslar arasında zərərliliyə görə rekordçudur. Onu hazırlamaq üçün yalnız dörd maddəyə ehtiyacınız var: bitki yağı, yumurta, sirkə və ədviyyat. Amma siz indi satılan mayonez etiketinə baxın. Salat hazırlamaq üçün istifadə edilən mayonezin resepti daha çox kimya dərsliyinə bənzəyir. Evdə hazırlanmış mayonezin problemi yalnız kalori tərkibi ilə bağlıdırsa, mağazada bu meyar ən kiçik problemlərdən biridir. Bu halda məhsulun illərlə saxlanılması üçün tərkibinə qatılan kimyəvi maddələrin hansı faydasından söhbət gedəcəyini özünüz düşünün.

Marqarin

Əslində, marqarin su, emulsifikatorlar və ən əsası bitki mənşəli yağlar əsasında istehsal olunur, əsasən genetik modifikasiya edilmiş soyadan əldə edilir. Marqarinin ziyanı daha çox onun tərkibində trans yağları olmasıdır, dediyimiz kimi, xolesterini artırır və ürək xəstəliklərinin inkişafını stimullaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir