qehve

Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ – XƏBƏRDARLIQ

Baxış sayı: 596

“Qəhvənin faydalılığı alimlər tərəfindən sübuta yetirilib. O, mədə-bağırsaq traktını stimullaşdırır, yaxşı bir antioksidantdır. Həmçinin öd yollarına yaxşı təsir. Lakin orta dərəcədə istifadə edilməlidir”.

Bu barədə həkim Piter yazır.

O xəbərdarlıq edib ki, qəhvə bir neçə başqa qida və maye ilə birlikdə istifadə edilməməlidir.

Bəs qəhvəni necə düzgün hazırlamaq olar? Hansı məhsullarla qarışdırmaq tövsiyə edilmir?

“Kofein praktiki olaraq orqanizmin kalsiumu mənimsəməsinə mane olur. Hamımız bilirik ki, süd kalsiumla ən zəngin qidadır, lakin bu qidadan sui-istifadə edilməməlidir. Süd məhsullarından faydalanmaq istəyirsinizsə, yemək zamanı onları qəhvə ilə birləşdirməməyə çalışın. Bu, kəsmik və yoqurta da aiddir”, – diyetoloq Svetlana Perez bildirib

Mütəxəssis onu da vurğulayıb ki, kofein alkoqol zəhərlənməsini ört-basdır edir, orqanizmə ayıqlaşdırıcı təsir göstərir, lakin spirtdən sonra kofenin qəbulu qaraciyəri həddindən artıq yükləyir.

“Kofein həmçinin ət məhsullarında çox miqdarda olan dəmirin udulmasına mane olur. Düzgün hazırlanmış ət yeməkləri, onlardan dərhal sonra qəhvə içsəniz, kömək etməyəcəkdir”, – Perez qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir