derman

“Bu məcun koronavirusun qarşısını alır”- tanınmış həkimdən ilginc iddia

Baxış sayı: 838

“Çox az xərc çəkməklə insanların immun sistemini gücləndirib, koronavirusun qarşısını rahatca ala bilərik”. Bu sözləri “Herba Flora” tibb mərkəzinin baş həkimi, fitoterapevt, ixtisasca infeksionist olan Füzuli Hüseynov deyir. Həkim immun sistemini gücləndirmək üçün xüsusi bir məcun tövsiyə edib: “Bu məcunu bütün immun çatışmazlıqdan əziyyət çəkən xəstələrdə, uzun sürən xroniki xəstəliklərdə, 10-20 illərdən bəri xroniki bronxit və pnevmoniyadan əziyyət çəkən insanlarda müsbət nəticələr almışam. Xatırladım ki, koronavirus xəstəliyi də insanları pnevmoniya əlamətlərinin ağırlaşmasından öldürür. Beləliklə, tövsiyə edirəm ki, qeyd etdiyim məcnundan böyük insanlar üçün 1 kq, uşaqlar üçün isə yarım kq hazırlanılıb verilsin. Həmin məcnunun tərkibi belədir:

Yediyimiz bu qidalar elə tərkiblidir ki, hətta meyiti ...

Zəncəfil kökü tozu 20 qram

Ud hindi kökü tozu 100 qram

Qarazirə toxumu tozu 100 qram

Bal 1kq

Bitkilərin hamısı quru olmalı, qəhvəüyüdəndə üyüdüldükdən sonra bal ilə qarışdırılır və bitənə qədər istifadə edilir”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir