bitki

Bu məhsullar bədən şişkinliyini aradan qaldırır

Baxış sayı: 1. 160

Türkiyənin məşhur dietoloqu Melis Torluoğlu bədən şişkinliyini azaltmağın üsullarını izah edib. “Gencaile.az” xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssis ilk növbədə suyun vacibliyini vurğulayıb.

1. 60 kq çəkidə olan bir fərd gündəlik ən az 60 * 30 = 1800 ml su qəbul etməlidir. Orta hesabla hər gün 2 litrə qədər su içmək vacibdir.

2. İçdiyiniz suyun qələvi olduğundan (ph> 7.0) əmin olun. Gündəlik qəbul etdiyiniz suyun içərisinə qələvi çubuq və ya limon əlavə edərək də qələviliyini təmin edin.

3. Gündəlik menyunuzd ispanaq, tərə, cəfəri, çuğundur yarpağı, brokoli, brüssel kələmi, pərpərən, qulançar kimi tünd yaşıl yarpaqlı tərəvəzlərə və mövsümündən asılı olaraq xiyara daha çox yer verməyə çalışın.

4. Kivi, ananas, zoğal və nar kimi qırmızı rəngli meyvələrdən tez-tez istifadə etməyə çalışın.

5. Duz əvəzinə ədviyyat istifadə edin.

6. Təzyiq probleminiz və ya kafenə qarşı həssaslığınız yoxdursa, hər gün 2-3 fincan yaşıl və ya ağ çay için.

7. Ödəm atıcı smuzilər hazırlayın.

 

Nar şirəsi

Nar şirəsi ödəmatıcı təsirə malikdir. Amma şəkər xəstələri nar suyu içməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir.

 

Ananas

Ananas təbii detoks funskiyasını yerinə yetirən tropik meyvədir. Ananası dilimlərə bölərək və ya suyunu içərək şişkinliyin qarşını ala bilərsiniz.

 

Yaşıl çay

Bitki çayları arasında yaşıl çayın yeri ayrıdır. Lakin həddən artıq yaşıl çay qəbulu ziyandır. Əks təqdirdə ürək döyüntüləri sürətləndirə bilər.

 

Qəhvə

Qəhvənin faydaları yəqin ki, çox adam məlumatlıdır. Onun bir müsbət cəhəti də həzmə kömək etməsidir.

 

Çobanyastığı çayı

Dərman bitkisi olan çobanyastığı çayı həzm prosesini sürətləndirir, eyni zmaanda yuxusuzluğa və stressə qarşı effektivdir.

 

Razyana çayı

Bir stəkan qaynar suyun içərisinə bir az razyana əlavə etməklə dəmləyəcəyiniz çay həzmə kömək edir və şişkinliyi aradan götürür.

 

Zəncəfil çayı

Zəncəfil çayı mədənin ağırlığını aradan qaldırmaqla yanaşı, bir çox xəstəliyin dərmanıdır. Bu bitki, həmçinin, qadınlarda mensturasiya ağrılarını bir neçə dəqiqə ərzində aradan qaldırır.

 

Qatıq

Xüsusilə şam yeməyindən sonra qəbul edilən qatıq tərkibindəki aktiv bakteriyalar sayəsində mədə əzələlərini hərəkətə gətirir və həzm prosesini yüngülləşdirir.

 

Ədviyyatlar

Çox qəbul etməmək şərti ilə istifadə olunan ədviyyatlar həzmi asanlaşdırmaqla yanaşı, mədə turşuluğunu aradan qaldırır.