Bu maşın qəzanı öncədən xəbər verir

Baxış sayı: 1. 633
Yapon alimləri sürücünün nəbzi üçün oturacağın arxasında nəzarət sistemi hazırlayıblar. 
Yeni sistem mümkün ürək tutması və bu zaman baş verəcək qəza haqqında sürücünü vaxtında xəbərdar edəcək. Nippon tibb məktəbinin əməkdaşları sınaq üçün aparatı sürücünün oturacağının arxasına quraşdırıblar. Beləliklə, sistem daim və real şəraitdə sürücünün normal ürək ritmlərini daim nəzarətdə saxlayır.
Təhlükəli simptomların yaranması halında qurğu dərhal həyəcan siqnalı verəcək və dərhal avtomobili dayandırmağı, o cümlədən tibbi yardıma müraciət etməyi məsləhət görəcək. Layihənin rəhbəri Takao Kato qeyd edib ki, genişmiqyaslı tədqiqatın nəticəsinə görə, sürətli ürək tutmasına şahidlik edən bir sıra ümumi əlamətlər müəyyən olunub. Tədqiqat qrupu artıq sistemin geniş yayılması üçün “Toyota Motor Co” avtomobil şirkəti ilə danışıqlar aparmağa başlayıb.
İstehsalçılar əmindirlər ki, onların ixtirası çoxlu insan həyatını xilas etməyə icazə verəcək.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir