geyim

Bu payızın ən dəbli rəngləri hansılar olacaq?

Baxış sayı: 196

Payız mövsümünün başlamasına az zaman qalsa da, artıq havanın temperaturu xeyli aşağı düşüb. Bu isə geyimlərdə də özünü göstərir. Bəs, bu payızda əsasən hansı rəngli geyimlər dəbdə olacaq?

Mütəxəssislər bildirir ki, hər zaman dəbdə qalmağı bacaran klassik qara rəngli geyimlər bu payız mövsümündə heç də dəbdə olmayacaq. Qara rəngi əsasən qəhvəyi, açıq mavi rənglər əvəzləyəcək. Əsasən isə aşağıdakı rəngli geyimlər dəbdə olacaq:

 

1.Cazibədar çəhrayı rəng. Bu rəngin çalarları yay mövsümündə də dəbdə oldu. Əhvalınızı xoş tutmaq və yayı xatırlamaq üçün bu rəngdən istifadə edə bilərsiniz.

2.Kərpici qırmızı rəng. Ümumiyyətlə bu il qırımızı öz ən parlaq rəngi ilə dəbdədir. Qırmızının bu çaları isə payız mövsümündə ən dəbli rənglərdən biri olacaq. Bu rəng öz yumşaqlığı, zənginliyi ilə seçilir.

3.Bibər qırmızısı. Mütəxəssislər bildirir ki, enerji, istilik və sevgi dolu bir rəng olan bibər qırmızısı rəngindən xanımlar xüsusən soyuq payız günlərində istifadə edə bilər.

4.Yaşıl rəng. Yetişmiş avokado, yaşıl limon, yaşıl çili bibər rəngləri bu il qarderobların əsas inqrediyenti olacaq. Beləliklə yaşılın bir çox çalarları kostyumlarda, palto və bluzlarda qarşımıza çıxacaq.

5. Göy rəng də bu il dəbdəbəliyini qoruyub saxlayacaq. Xüsusən də avatar göy rəng əsas trendlərdən biri olacaq.

6. Açıq mavi rəng. Tünd göydən fərqli olaraq bu rəng daha zərif və rahat görünür.

7. Lavanda rəngi. Bu rəng də bu payızda trend rənglər sırasında olacaq. Xüsusən də kostyumlarda qarşımıza çıxacaq.

8. Bu il qara rəngi əsasən tünd qəhvəyi əvəz edəcək. Bu rəng bir çox kolleksiyalarda görünəcək.

9. Açıq boz rəng. Zəriflik, cəsarət və incəlik rəmzi olan bu rəng yun kostyumlarda, mini ətəklərdə, qalın parçadan hazırlanmış geyimlərdə qarşımıza çıxacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir