salvar

Bu payızın əsas şalvar trendi necə olacaq?

Baxış sayı: 868

Burjua estetikası sonsuz moda təcrübələrini sınaqdan keçirtməyə imkan verən payızın əsas dəb cərəyanlarından biridir. Xüsusilə ofisdə geyim qaydalarına riayət etməyə məcbur olanlar üçün əladır.

Dama-dama şalvarlar qarderobunuza bir az burjua zərifliyi gətirmək şansı qazandırır. Onları ən çox sevdiyiniz ağ bluzlar, qısaqol köynəklər, təkrəng sviter, vodolazka və s. ilə birləşdirə bilərsiniz. Bu, dama-dama şalvarları uyğunlaşdırmaq ən asan bir neçə variantdır.

Əfsanəvi aktrisa Ketrin Denyov 1960-cı illərin sonlarında burjua üslubunun qabaqcıllarından biri olmaq üçün dama-dama şalvar geyinməyi sevirdi. Merilin Monro ilə Odri Hepbern də ondan geri qalmırdı.

Bu cür şalvarların digər naxışlı geyimlərdən əsas üstünlüyü, vizual olaraq ombaları gizlətmək kimi heyrətamiz qabiliyyətidir. Əgər bir az incə görünmək istəyirsinizsə, xırda damalı şalvar və kip oturmuş pencək mütləq vəziyyəti xilas edəcək. Ancaq onların bu təsiri sizi çox cəlb etmədisə, əlavə olaraq onu da deyə bilərik ki, dama-dama şalvarlar gec-tez hər kəsin yorulduğu sərt qara klassik fasonlara əla alternativ olacaq.

Modapərəstlər üçün gizli dəb silahına çevrilə biləcək bir neçə dama-dama şalvar nümunəsi təqdim edirik.

geyim 5

geyim 4

geyim 3

geyim 2

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir