GEYIM

Bu payızın trend geyimləri

Baxış sayı: 948

Bir çox xanım hər səhər “Nə geyinəcəm” düşüncəsi ilə istədiyi kombini seçməkdə çətinlik çəkir. Yuxudan tam doymadan, necə bir kombin hazırlayacam fikirləri ilə oyanırsınızsa, bu yazı sizin üçündür.

Sizi bu sıxıntıdan xilas etmək üçün payızda geyinə biləcəyiniz gözəl paltar tərzlərini bir araya gətirdik.

 

Viktoryen botlar

Havalar soyuduqca botlara tələbat artır, elə bir bot seçə bilərsiniz ki, bütün mövsümü işinizə yarasın və fərqli kombinlərdə istifad olunsun. Viktoryen botlar isə bu mövsümə öz damğasını mütləq vuracaqdır.

Viktoryen botlar

 

İri həcmli koftalar

Ötən mövsümdən fərqli olaraq, bu il boyfriend tərzli kazaklar deyil, məhz zərif detalları olan, xanım bluzlarını anımsatan iri kazaklardır.

Hacimli bir kazak

 

Dəri şalvarlar

Bu növ geyim payız və qışın olmazsa olmazlarındandır. Həm gündəlik, həm də gecə geyimi olaraq belə şalvarlardan rahatlıqla istifadə edə bilərsiniz.

Deri pantolon

 

İncə boğazlı vodalaskalar

Boğazlı koftaların hələ mövsümü tam gəlməsə də yaxın ərəfədə qarderobunuzun əsas parçalarından olacaq. Bu növ geyim 50-60-cı illəri xatırladır. Belə vodalaskalardan rahatlıqla kombinlərinizdə istifadə edərək dəbli görünə bilərsiniz.

İnce bir boğazlı

 

Dama-dama ətəklər

Yay aylarında mövsümə hakimə olan çiçəkli ətəklər öz yerini dama-dama ətəklərə verəcək. Bu il parlaq rəngli damalar daha çox dəbdə olacaq.

Ekose etek

 

Gül formalı saç toqqaları

Çiçək və ya kəpənək formalı saç toqqaları bu ilin dəbi sırasında yer alır. Sadə görünsə də geyimlərinizi daha dəbli göstərəcək aksessuardır. Pis saç düzümlərinizdə gününüzü xilas edəcək aksessuarla özünüzü daha gözəl, rahat hiss edəcəksiniz.

Fiyonklu tokalar

 

Pencəklər

Hər qadının stilinə uyğunlaşdırdığı bir pencəyi olmalıdır. Minimum toxunuşla gözəl və dəbli görünüş əldə edə bilərsiniz.

Blazer

Diqqət etməli olduğunuz əsas nüans doğru parçaları doğru yerlərdə istifadə etməkdir. Qışın ən soyuq günlərində isə modaya ayaq uydurmaq daim gözəl xanımların istəyi və seçimidir.

 

Bəs hansı rənglər daha çox dəbdə olacaq?

2019-2020 PAYIZ/QIŞ MÖVSÜMÜNÜN RƏNG TRENDLƏRİ

Ağ və boz, ilin dəbli rəngləri sırasında yer alır. Bəyaz şalvar, üzərinə boz uzun kofta, ayaqda nabuk ayaqqabı ilə dəbli görünə bilərsiniz.

Gecə mavisi şalvarlarla bəyaz kofta və ya köynək ilə çox cazibədar, sadə görünə bilərsiniz.

Xardal və ya qəhvəyinin fərqli çalarlarında gödəkçələr, hər anın xilaskarıdır desək yanılmarıq. İstər ağ, istərdə də mavi cins şalvarların üzərində çox dəbli görünəcək geyim tərzidir.

Bütünlükdə ağ görünmək saflıq qədər cazibədar görünməyinizə səbəb olacaq. Üzərində sadəcə qəhvəyi rəngli uzun palto ilə ilin dəbini yaxalaya bilərsiniz.

Çəhrayının tonları, bordo, bibər qırmızısı və şərab rənglərinin trenddə olduğunu unutmayın.

Qara ilə bordonun rəng uyğunlaşması – Dəbin dərinliklərindən xəbər verir. Nə qədər sadə görünsə də əslində gözəl bədən quruluşunun seçəcəyi geyim tərzidir. Bunun üçün qara dəri şalvar seçə bilərsiniz. Üzərinə isə qısa qara kofta, uzun bardovu palto seçə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir