SOSISKA-KOLBASA

Bu qidalar bizi xərçəngə aparır? – ARAŞDIRMA

Baxış sayı: 1. 309

Hər gün 25-30 qr ət yeyən insanda gün ərzində bu məhsullardan 5 qr istifadə edənlərlə müqayisədə süd vəzi xərçəngi riski 9% artmış olur. Alimlər bu fikrə 1,2 milyon qadın üzərində apardıqları araşdırmanın nəticələrini analiz edərək gəliblər.

Şişin yaranma səbəbi emal olunmuş ətin tərkibində natrium nitrit (Е250) maddəsinin olmasıdır. Bu komponent kolbasa, sosis, vetçina, turşular, hot-doq, konserv və ət souslarının tərkibində çox rast gəlinir.

Bu maddə ət məmulatlarının tərkibinə dadını artırmaq və saxlanma müddətini uzatmaq üçün vurulur.

Daha əvvəllər gün ərzində 50 qr işlənmiş ət məhsulu istifadə etməyin bağırsaq xərçəngini 18%-dək artırdığı məlum olub. Ekspertlər həmçinin bu zaman mədəaltı vəzin və prostat xərçənginin yaranma riskinin artdığını da bildirirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir