iy

Bu qidalar insanı insandan uzaqlaşdırır…

Baxış sayı: 1. 631

Yaşam tərzi və qidalanma bədən qoxunuzu pisləşdirə bilər. Bədən iyini pisləşdirən səbəbləri təqdim edirik.

İnsana bir çox zərəri olan spirtli içki, eyni zamanda, bədənin pis qoxumasına səbəb olur. Çox içən insan bir neçə gün spirt iylənir.

Sarımsaq qoxuyan nəfəs kabus hesab olunur. Çiy yeyilən sarımsaq daha pis qoxuyur.

Pis bədən qoxusuna səbəb olan daha bir qida isə qırmızı ətdir. Qırmızı ətin həzmi və işlənməsi üçün çox tərləmək lazımdır. Bu da istənməyən tərləməyə səbəb olur.

İspanaq orqanizmə faydalı olsa da, tərkibində trimetilamin ifraz edən birləşmə var ki, bu kimyəvi maddə bədəndən tər yolu ilə xaric olunur.

Qırmızı çuğundur bədənin balıq qoxumasına səbəb olur. O da ispanaq kimi qoxuya səbəb olan trimetilamin maddəsi ifraz edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir