kolbasa

Bu qidalar qocaldır

Baxış sayı: 1. 976

İnsanı yaşlandıran qidaları təqdim edir. Ki, onları mümkün qədər rasionunuza az daxil edəsiniz.

Şəkər dərini sürətlə yaşlandıran qidaların önündə gəlir. Dərinin yorğun görünməsinə və qırışların yaranmasına səbəb olur. Dəridəki kollagen və elastinlərə zərər verən şəkər dərinin elastik və canlı duruşunu pozur. Dəridəki kollagenlər zərər görməyə başladığında bir daha bərpa olmaz və dəri yaşlanar. Keks, şokolad, hətta makaronlar da şəkər tərkiblidir. Hər qidanın şəkər miqdarına diqqət edin.

Duz dəriyə çöx böyük ölçüdə zərər verməz, ancaq pis görünməsinə səbəb olar. Göz altı göyərmələr, halqalar və şişkinliklərə duz səbəb ola bilər. Çips, dondurulmuş kartof, makaron sousları kimi qidalar çox duz tərkibli olduğundan əzələlərinizə mənfi təsir edər.

Duzu tamamilə həyatınızdan çıxara bilmirsizsə, yetərli potasium qəbul edin. Bu, duzun neqativ təsirlərini azaldar. Banan, qatıq, kartof, qurudulmuş meyvələrdə potasium boldur.

Saxta dadlandırıcılar bağırsaq florasını dəyişdirərək həzmə mənfi təsir edir. Gizli şəkərə səbəb olur.

Doymuş yağ. Yağlı ətlər, süd məhsulları və hindistan qozu kimi çox yağ tərkibli qidalar damarların sərtləşməsinə və yaşlanmaya səbəb olur. Doymuş yağ tərkibli qidalar yalnız ürək sağlamlığına mənfi yöndə təsir etmir, həm də irəli yaşlarda ortaya çıxan dəri ləkələrinə də səbəb olur.

Şəkər və saxa dadlandırıcı tərkibli asitli içkilər dəri üçün böyük risk daşıyır. Kolanın tərkibində olan fosfor turşusu da dərinin tez yaşlanmasına səbəb olur. Eyni zamanda sümüklərə də zərər verir. Bu cür içkilər içən insanlarda daha erkən sümük əriməsi problemi yaşanır.

Kolbasa, sosiska kimi məhsullarda olan nitratın kanserogen təsiri vardır. Saxta olmayan nitrat isə yaşıl yarpaqlı tərəvəzlərdə olur, erkən yaşlanmanı əngəlləyər. Təbii nitrat qan təzyiqini aşağı salır və damarların yaxşılaşmasına kömək edir.

Araşdırmalarda qlutenin yaşlanmağa az da olsa təsir etdiyi müəyyənləşib. Buğdanın tərkibində olan bu maddə dəridə iltihablanmaya yol açır.

Sobada qızardılmış ətlər, kabablar dadlı olsa da, sağlamlıq üçün çox təhlükəlidir. Bu qidalar kanserogen maddə ifraz edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir