qida

Bu qidalar siqaret qədər təhlükəlidir

Baxış sayı: 1. 241

Dünya Səhiyyə Təşkilatı bütün insanlar üçün ən təhlükəli qidaların siyahısını açıqlayıb. Siqaret qədər təhlükəli olan bu qidalardan uzaq durmağa çağıran təşkilat xüsusi xəbərdarlıq edib. Dünya Səhiyyə Təşkilatı emal olunmuş ət məhsullarının siqaretlə eyni səviyyədə kanserogen olduğunu bəyanlayıb.

Alimlər xərçəngin qarşısını almaq və xəstəliyi rahat şəkildə müalicə edə bilmək üçün şəkərin əvəzinə bəkməz, xurma və əncir kimi qidalardan istifadə etməyi məsləhət görürlər.

Bundan əlavə alimlər fruktoz əsaslı qidalardan və palma yağından uzaq durmağın, sosis, kolbasa kimi ət məhsullarından nadir hallarda istifadə etməyin faydalı olduğunu bildirirlər.

Elmi araşdırmalara əsasən, “cipsi” və “fast food” da xəstəliklərin əsas səbəblərindəndir. Buna görə də mütəxəssislər uşaqları mümkün qədər şokolad, qazlı içkilər, “cipsi” və qızardılmış yeməklərdən uzaq tutmağa çağırırlar.

Beləliklə, Dünya SəhiyyəTəşkilatının açıqladığı təhlükəli qidaların siyahısını təqdim edirik:

 

Kolbasa, sosis və s. bu kimi qidalar…

Bu məhsullar xərçəng xəstəliyi yaradır. Xüsusilə də hər gün kolbasa və sosis yeyən insanlar üçün təhlükə daha ciddidir. Davamlı olaraq yeyildikdə xərçəng xəstəliyi riskini 17% artırır.

Biz değil Dünya Sağlık Örgütü söylüyor: Sigara kadar tehlikeli yiyecekler

Palma yağı

Aparılan araşdırmalar zamanı məlum olub ki, palma yağı da xərçəng xəstəliyi riskini artıran qidalar sırasındadır. Bu yağ sözügedən xəstəliyin əmələ gəlməsinin sürətini 10 dəfə artırır. Ona görə də tərkibində palma yağı olan qidalardan uzaq durmaqda fayda var.

palm

Fruktoza əsaslı şəkərlər

Bədəndəki hüceyrələrdə xərçəng xəstəliyinin yayılmasını sürətləndirən maddələr arasında fruktoza əsaslı şəkərlər də var. Bu qidaları həyatınızdan çıxarın və sağlam yaşayın…

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir