YEMEK

Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR

Baxış sayı: 1. 316

Qidaları doğru kombin etməklə onların faydasını daha da artırmış olarsınız. Bu barədə türkiyəli qidalanma mütəxəssisi və dietoloq Veysəl Ciyərli deyib. V.Ciyərli qidaların bir-biri ilə uyğunluğunu nəzərə almadan qidalanmağın xeyirdən çox zərər verə biləcəyini deyir.

Onun sözlərinə görə, meyvələr çox faydalıdır. Ancaq bir neçə meyvəni eyni vaxtda yeməyin heç bir faydası yoxdur.

“Ət qəbul edərkən də insanlar ciddi səhvlərə yol verirlər. Ət, balıq, süd, süd məhsulları və yumurtanı ayrı-ayrı vaxtlarda qəbul etməliyik. Soğan ilə sarımsaq bir vaxtda yeyilməməlidir. Bunları həddən artıq qəbul etmək dəridə ləkələrə, baş fırlanmasına, mədədə həzm pozuntusuna səbəb ola bilər. Çay və qəhvə də yeməklə birlikdə içilməməlidir. Bu qidalardakı dəmirin miqdarını azaldır. Çay yeməkdən ən azı 45 dəqiqə sonra içilməlidir”.

Dietoloq onu da vurğulayır ki, səhər yeməyində yumurta yeyənlər çay içməməlidir və ya əksinə. Onun sözlərinə görə, çay yumurtanın tərkibindəki dəmirin bədənə daxil olmasına imkan vermir.

“Turpla qatığı birlikdə qəbul etmək zəhərlənmə riskini artırır. Həmçinin mədədə yanmaya səbəb ola bilər. Bu iki qidanı birlikdə qəbul etmək həzm sistemini poza bilir. Həmçinin qatıqlı qidaların yanında sirkə kimi qidalar qəbul edilməməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir