Moda

Bu qış hansı 4 trendi mütləq sınamalısınız? – XANIMLARIN MENYUSUNA

Baxış sayı: 1. 342

Aristokratlıq və zəriflik qarşıdakı mövsüm qadın dəbinin sükanı olacaq, eyni zamanda kişisayağı geyimlər də üstünlük təşkil edəcək.

“Gencaile.az” “Publika.az”-a istinadən bu yazıda oxucuları 2018-ci ilin 4 trendi ilə tanış edir.

 

Bel çantası

Bel çantası

2018-ci ilin ən əhəmiyyətli detallarından olan bel çantaları səssiz-səmirsiz modapərəstlərin qarderobuna yol tapıb. Bu cür çantalara “Prada” və “Gucci”dən tutmuş bir çox lüks və ucuz markaların kolleksiyalarında rast gəlmək mümkündür. Onu həm gündüz, həm də kəmərini çıxarıb ziyafətlərdə istifadə etmək olar. Xüsusilə məxmər versiyaları daha aktualdır.

 

Rəngli məxmərlər

Aristokratlıq rəmzi sayılan məxmər parçalar artıq neçə ildir ki, fəth etdiyi dəb zirvəsini tərk etmək istəmir. Çünki həm çox gözəgəlimlidir, həm yumşaqdır, həm də qəşəngdir. Odur ki, bu qışı rəngbərəng məxmərlərə bürünmədən keçirməyin.

 

Boğazı uzun və boş çəkmələr

80-cı illərin boğazı uzun və boş çəkmələri yenidən gündəmdədir. Zərli, metal, qırmızı və laklı versiyaları mövsümün trendidir. Onların midi yubka və dar cinslə uzlaşması çox effektli alınır.

 

Uzun plaşlar

Klassik plaşlar dəbdən heç vaxt düşməyən və istənilən geyimə yaraşan üst geyimidir. Bej və ya qara rəngi hər bir qadının qarderobunda mütləq olmalıdır. Ancaq bu mövsüm dizaynerlər bir-birindən iddialı fasonlar təqdim edib. Məsələn, “Alexa Chung” və “Giorgia Tordini” moda evlərinin laklı plaşları diqqətə layiqdir. Oxşar modelləri əlçatan markaların mağazalarından da əldə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir