banqqok

Bu şəhərlər yer üzündən silinəcək – SİYAHI

Baxış sayı: 1. 347

Bəşəriyyətin taleyi təbiətin kaprizlərindən asılıdır. Dünya alimləri belə kaprizlərin – iqlim dəyişikliyi, su səviyyəsinin dəyişməsi, təbii fəlakətlər və nəticədə yaranan iqtisadi böhranların gələcəkdə insanlara böyük problemlər yaradacağını, hətta dünyanın bir çox iri şəhərlərinin yer üzündən silinəcəyini istisna etməyiblər.

 

 Image result for San-Fransisko, ABŞ

1. San-Fransisko, ABŞ

Sakit okean sahilində yerləşən San-Fransisko Amerikanın nə inkişaf etmiş şəhərlərindən biri sayılmaqla bərabər, zəlzələlərin ən çox baş verdiyi yer kimi məlumdur. Kaliforniya Universitetinin mütəxəssisləri 2086-cı ilə qədər San-Fransiskoda 7 baldan güclü zəlzələnin baş vermə ehtimalının 75 faiz olduğunu bildirir. Əgər ehtimallar gerçəkləşərsə, ölkədə ən bahalı şəhər olan San-Fransisko həm də zəlzələ nəticəsində xarabalığa çevrilə bilər.

Image result for Venesiya, Ä°taliya

2. Venesiya, İtaliya

Dünyanın ən romantik şəhərlərindən olan Venesiya min ildən artıq müddətdir batır. Son 100 ildə bu proses sürətlənib, torpaq səthi 24 santimetr çöküb. Dəniz və qrunt sularının səviyyəsinin artması Vemnesiya üçün çox böyük təhlükə törədir. Məsələn, 100 il əvvl şəhərin Müqəddəs Mark meydanı ildə 9 dəfə su altında qalırdısa, indi bu proses ildə 100 dəfə təkrarlanır. İtaliya hökumətinin hazırladığı müxtəlif planlar isə istənilən nəticəni vermir.

3. Detroyt, ABŞ

ABŞ avtomobil sənayesinin mərkəzi olan Detroyt tezliklə “atılmış şəhər” adını alacaq. Çünki son 30 ildə şəhər əhalisi durmadan azalır. Əgər 1950-ci ildə şəhərdə 1,85 milyon əhali var idisə, bu gün Detroytda cəmi 700 min nəfər yaşayır. Avromobil sənayesindəki rəqabət, yüksək işsizlik və cinayətkarlıq göstəricisi şəhəri çökdürüb. Əgər vəziyyət dəyişməsə 2100-cü ildə Detroytdan yalınz xatirələr qalacaq.

Image result for Mexiko, Meksika

 4. Mexiko, Meksika

Orta əsrlərdə Atstek imperiyasının paytaxtı olan Mexiko hazırda dünyanın ən böyük şəhərlərindən biri sayılır. Məhz burada 1519-cu ildə əfsanəvi Kortez atsteklərin imperatoru Montesuma ilə görüşüb, sonra onu əsir götürərək imperiyaya son qoyub. Həmin vaxtlar Tenoçtitlan adlanan şəhər ispan hökmranlığı altında xeyli böyüyüb. Hazırkı Mexikonun əsas problemi şəhərin qurumuş gölün üzərnidə tikilməsidir. Şəhər bünövrəsi üçün göl ən uyğunsuz coğrafi obyektdir. Bu səbəbdən də 30 milyon sakini olan Mexiko hər il 9 sanimetr batır. Son 60 ildə isə bu göstərici 10 metr təşkil edir. Bu gedişlə 2100-cü ildə Mexiko torpağın atlına gömüləcək.

Image result for Banjul, Qambiya

5. Banjul, Qambiya

Kiçik Qərbi Afrika ölkəsi olan Qambiyanın paytaxtı Banjulu 2100-cü ildə başqa səbəbə görə itirə bilər. Belə ki, iqlim dəyişikliyi səbəbindən dənizin səviyyəsinin artması və erroziya Banjulu süquta uğrada bilər. Tədricən Qambiya ərazisi su altında qalacaq. Ölkənin çəltik plantasiyalarından və meşə zolaqlarından istifadə oluna bilməyəcək. Əsas iqtisadi mərkəzlər dəniz sahilində olduğu üçün Qambiya dəniz səviyyəsinin artması səbəbindən ağır zərbə alacaq. Bu səbəbdən hökumət bəndbərkitmə işləri həyata keçirir. Lakin paytaxt Banjulun mövcudluğu yenə də sula altındadır.

Image result for Timbuktu, Mali

6. Timbuktu, Mali

Məhsuldar torpaqların səhralaşması çox ciddi problemdir. Yaşı min  ildən çox olan və turistlər arasında qədim abidələri ilə məşhur olan Malinin Timbuktu şəhəri bu problemlə üzləşib. Sahara səhrası cənuba doğru irəlilədiyindən şəhərdə səhralaşma prosesi gedir. Artıq Timbuktunun yarısı səhra qumu ilə ötrülüb. Bu gedişlə 2100-cü ildə Timbuktunu acınacaqlı tale gözləyir.

Image result for Neapol, Ä°taliya

7. Neapol, İtaliya

İtaliyanın Kampaniya vilayətinin mərkəzi, ölkədəki 3-cü ən böyük şəhər olan Neapolun  960 min nəfər sakini var. Aralıq dənizi sahilində yerləşən Neapolun mərkəzi YUNESKO-nun dünya mədəni irsi siyahısına daxildir.

İntibah və maariflənmə dövründə bir çox tarixi abidələrin tikildiyi şəhər Kazerta sarayı və Roma dövründən qalma Herkulanum, Pompeya kimi şəhərlərin qalıqları ilə məşhurdur. Şəhər yaxınlığında yerləşən Vezuvi vulkanı e.ə 79-cu ildə püskürərək Pompeya şəhərini məhv edib. Alimlərin hesablamalarına görə, Vezuvi hər 100 ildə bir dəfə püskürür. Bu, sonuncu dəfə 1944-cü ildə baş verib. Ona görə də alimlər 2100-cü ilə qədər Vezuvinin yenidən püskürəcəyini proqnozlaşdırır. Nəzər alsaq ki, şəhər Vezuvinin təsir dairəsində olan “qırmızı dairədə” yerləşir, o zaman növbəti püskürmə təcili evakuasiya olmasa, yarım milyon şəhər sakinin ölümünə və Neapolun məhvinə səbəb ola bilər.

Image result for Banqkok, Tailand

8. Banqkok, Tailand

Tailandın paytaxtı da su basmasından əziyyət çəkir. Son 100 ildə su səviyyəsinin qalxması və təmiz su ehtiyatlarının tükənməsi Banqkokun bəzi küçələrini kanallara çevirib. Artı bir çox yerdə hərəkət etmək üçün qayıqdan istifadə olunur. Ekspertlər isə şəhəri xilas etmək üçün görüləcək zəruri tədbirlərlə bağlı yekun qərara gəlməyiblər.

 

Ümumiyyətlə, qlobal miqyasda su səviyyəsinin artması sahil şəhərlərinin bəlasına çevrilib. 1889-cu ildən dünyada suların səviyyəsi 20 santimetr artıb. Bu tendensiya dünyanın bir çox şəhərləri üçün – Lissabon, Los-Anceles, Rio-de-Janeyro, Ədən, İsgəndəriyyə, Baltimor, Filadelfiya, Tirana, Varna, Barselona, Sankt-Peterburq, Stokholm, Keyptaun, Buenos-Ayres və Marsel üçün xüsusilə təhlükəlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir