COVID-19

Bu şəxslərdə COVID-19 peyvəndi işə yaramaya bilər

Baxış sayı: 767

Piylənmədən əziyyət çəkən şəxslərin COVID-19 xəstəliyi səbəbilə ölüm riski 48 faiz daha yüksəkdir və immunitetləri zəif olduğu üçün həmin insanlarda koronavirus peyvəndi işə yaramaya bilər.

Bu barədə Türkiyənin İmmunologiya Dərnəyinin prezidenti və Uludağ Universiteti Tibb Fakültəsinin dekan köməkçisi Barbaros Oral danışıb.

Onun sözlərinə görə, piylənmədən əziyyət çəkənlər təkcə COVID-19-a qarşı deyil, digər bir çox infeksiyalara qarşı daha həssasdırlar və bu xəstəlikləri ağır keçirirlər. Yuxarı tənəffüs yolları və pnevmoniyadan ölüm faizləri bu şəxslərdə hər zaman daha yüksəkdir: “Bu, piylənmənin immun sistemimiz üzərində birbaşa təsirləri ilə yanaşı, səbəb olduğu diabet, insulin və hipertoniya, damar sərtliyi, ürək çatışmazlığı, qaraciyər piylənməsinin mövcudluğundan da asılıdır.

Professor qeyd edib ki, piylənmədən əziyyət çəkən şəxslərin hər zaman paralel xəstəlikləri olduğu üçün onların peyvəndlənməsi vacibdir. Hətta onlara bir neçə fərqli peyvəndin vurulması da mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir