Elil

Bu şəxslərdə iflic riski daha yüksəkdir – XƏBƏRDARLIQ

Baxış sayı: 618

Günün böyük bir qismini oturaraq keçirən adamlarda iflic riski daha yüksəkdir.

Bu barədə Amerika Ürək Dərnəyinin “Stroke” çıxan elmi məqaləsində bildirilir.

Qeyd edilir ki, ümumilikdə 143 min adamın sağlıq məlumatları araşdırılıb. 40 yaşdan yuxarı və iflic keçmişi olmayan iştirakçılar təxminən 9 il 4 ay müşahidə altında olublar.

Araşdırmada gündə 8 saat və ya daha çox oturub hərəkətsiz qalan şəxslərin 4 saatdan az oturub hər gün ən az 10 dəqiqə məşq edənlərlə müqayisədə iflic olma riskinin 7 qat artıq olduğu ortaya çıxıb.

Araşdırmanı qələmə alan Kanadadakı McMaster Universitetinin müəllimi Read Joundi sözügedən mövzu ilə bağlı deyib:

“Oturaraq keçirilən zamanın glikoza, lipid maddələr mübadiləsi ilə qan axışı pozulduğu və bədəndəki iltihabı artırdığı təxmin edilir. Bu dəyişikliklər zamanla damarlar üzərində mənfi təsir yarada bilir, infarkt və iflicə yol açır.

Oturaraq keçirilən zamanın qısaldılıb fiziki fəaliyyəti artırma iflic riskini salmağa yardımcı ola bilir. Məsələn, lift yerinə pilləkənlə çıxmaq kimi təkrarlanan hərəkətləri edilməsi tövsiyə olunur.

Yetkinlərin həftədə ən az 150 dəqiqə orta səviyyədə fiziki fəaliyyətdə olması məsləhətdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir