yatmaq

Bu saatlarda yatmaq ölüm riskini artırır

Baxış sayı: 834

Gündüz 1 saatdan çox yuxu ölümcül təhlükəli ola bilər. Bu qənaətə Çinin Quançjou şəhərinin Tibb Universitetinin tədqiqatçıları gəlib.

Belə ki, alimlər 20 elmi işdən ümumi nəticə çıxarıb və 39 %-i gündüz yatan 313 651 nəfərin məlumatını təhlil ediblər.

Analiz nəticələrinə görə, gündüz müntəzəm olaraq 1 saatdan çox yatan insanlarda ürək damar xəstəliyi riski 34 %, başqa bütün səbəblərdən doğan ölüm riski isə 30 % artıb. Uzunmüddətli gündüz yuxusu ümumilikdə sutkada 6 saatdan çox yatanlar üçün təhlükəli olub.

Araşdırmaçılar iddia edirlər ki, müddətindən asılı olmayaraq gündüz yuxusu ümumiyyətlə ölüm riskini 19 % artırır. Eyni zamanda qadınlarda və yaşlı insanlarda yuxu və ölüm riski rasındakı əlaqə daha aydın olub: müvafiq olaraq 22 % və 17 % təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir