WhatsApp

Bu telefonlarda “WhastApp” işləməyəcək

Baxış sayı: 1. 740

Androidlərin köhnə versiyalarına “WhatsApp” dəstəyi verilməyəcək. Sosial media nəhəngi olan “Facebook”un sahibi olduğu “WhatsApp” artıq “iOS6”, “Windows Phone 7”, “Android 2.1” və “Androis 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək.

Bildirilib ki, yenilənmiş “WhatsApp” həmin proqramlarla təmin edilmiş telefonlarla uyğunlaşmır. Və 2016-cı ilin sonunda yuxarıda qeyd edilən proqram təminatlı mobil cihazlardan “WhatsApp”a daxil olmaq mümkün olmayacaq.

Bundan başqa 2017-ci ilin ortalarınadək “BBOS” və “BlackBerry 10” proqram təminatlı cihazlarından “WhatsApp”a giriş mümkünsüz olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir