agcaqanad

Bu tip insanları ağcaqanadlar daha çox dişləyir

Baxış sayı: 1. 302

Təqribən hər 10 nəfərdən 2-si ağcaqanadlar tərəfindən daha çox dişlənilir. Hələlik “onları necə özümüzdən uzaq edərik” sualına kəsərli cavab tapılmasa da, alimlər hansı faktorların ağcaqanadları cəlb etdiyini müəyyən edə bilib.

“Gencaile.az”  həmin amilləri sizlərə təqdim edir:

 

Qan qrupu

Ağcaqandlar qanla qidalanır. Alimlər müəyyən ediblər ki, bəzi qan qrupları ağcaqanadların daha çox iştahalarını açır. Onlar belə qərara gəliblər ki, qan qrupları A və B qan qruplarına nisbətən ikiqat daha çox ağcaqanad hücumuna məruz qalırlar.

 

Nəfəs almaq tərzləri

Bəzi insanlar nəfəs alarkən daha dərindən nəfəs alır və nəticədə daha çox karbon dioksid qazını havaya buraxır. Karbon dioksid isə ağcaqanadları ən çox cəlb edən amillərdən biridir. Bu həşəratlar karbon qazını 50 metrdən hiss edə bilirlər.

 

Hərəkət və metobolizm

Mütəxəsislərin fikirincə, insan tərlədikdə tərlə birlikdə ifraz olunan lastik asid, urik acid, ammonia və digər turşular ağcaqanadları daha çox cəlb edir. Bundan başqa insanda gedən maddələr mübadiləsi bu asidlərin miqdarını təyin edən faktorlardan biridir.

 

Dəridəki bakteriyalar

2011-ci ildə aparılmış araşdırmaya görə insanların dərisində görülən bəz bakteriyalar ağcaqanadları daha çox cəlb edir.

 

Pivə

Bəzi tədqiqatların nəticələrinə görə pivə içkisi ağcaqanadları cəlb edir. Buna səbəb insan bu içkini içdikdən sonra bədəndə ethanol turşusunun və bədən temperaturunun artmasıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir