Hebsxana

Bu türməyə girmək üçün pul ödəyirlər – MARAQLI

Baxış sayı: 1. 521

Həbsxanaya girmək bir çox insanın qorxulu röyasıdır. Amma Cənubi Koreyada dəmir barmaqlıqlar arxasına düşmək üçün pul ödəyənlər var. Səbəbi isə gündəlik həyatın stresindən qaçmaq istəyidir.

Honqçon şəhərində ilginc bir türmə qurulub. “Gencaile.az” Türkiyə mediasına istinadən xəbər verir ki, “İçimdəki həbsxana” adlı türmə 2013-cü ildən bu yana öz arzusu ilə məhkum olan 2 min cənubi koreyalıya ev sahibliyi edib. Çoxu da stresli ofis atmosferindən yorulan, ofis işçiləri və ölkədəki ağır təhsil sistemindən qaçan tələbələrdir. Həbsxanada 24 saat bağlı qalmaq üçün 90 dollar ödəyən 28 yaşındakı Park Hay-ri deyir: “Bu türmə məni azad hiss etdirir”.

Hapse girmek için para ödüyorlar

5 kvadrat metrlik hücrədə izolyasiya olunmuş həyat yaşayan gənc qadın deyib ki, “Mənə verilən işlərə baxsaq, əslində burada olmamağım lazımdır. Amma bir ara pul verib, daha yaxşı bir həyat üçün özümlə baş-başa qalmağı seçdim”.

Euronews’un xəbərinə görə, bu türmənin də gerçək həbsxanalar kimi sərt qaydaları var. Məhkumların bir-birilə danışmaları, cib telefonları və ya saat kimi əşyalardan istifadə etmələri qadağandır. Müştərilər, başqa bir sözlə desək, “məhkumlar” mavi rəngdə uniformalar geyinməyə məcburdular.

Hapse girmek için para ödüyorlar

Bir yoqa döşəyi, çay dəsti ilə kağız-qələm verilən məhkumlar yerdə yatırlar. Otaqlarında kiçik bir ayaqyolu var, amma güzgü yoxdur. Hər nə qədər burada qalmaq pullu olsa da, qalanların tam bir məhkumluq yaşaması üçün yemək menyuları da olduqca təvazökardır.

Axşam yeməyi üçün kartof və bananlı içkilər təqdim edildiyi halda, səhər yeməyində ancaq düyülü, buğdalı süd verilir.

Hapse girmek için para ödüyorlar

Türmənin qurucularından olan Noh Ji-Hyang deyib ki, bu fikir həftədə 100 saat işləmək zorunda qalan prokuror həyat yoldaşına məxsusdur. Nohun həyat yoldaşı “Bəzən bir hücrəyə soxulub, istirahət etmək və özümü daha yaxşı hiss etmək istərdim” deməsi ideyanın həyata keçməsi üçün başlanğıc nöqtəsi olub.

Mütəxəssislərin rəyinə görə, Cənubi Koreyada texnologiya və ixracatdan asılı olan ölkə iqtisadiyyatı, məktəblərdə və iş yerlərindəki rəqabəti stres qaynaqlı narahatlıqları və intihar hadisələrini artıracaq səviyyələrə daşıyıb.

Hapse girmek için para ödüyorlar

Ölkədə 2017-ci ildə bir adam orta hesabla 2 min 24 saatını çalışaraq keçirib. İqtisadi İnkişaf və İşbirliyi Təşkilatının 36 üzvü arasında Cənubi Koreya Meksika və Kosta Rikadan sonra işləməyə ən çox vaxt sərf edən üçüncü ölkədir.

İnsanların daha az çalışaraq daha çox qazanmasını təmin etmək məqsədilə orta aylıq əməkhaqqına əlavələr edildi, iş saatı da həftəlik 68-dən 52-yə endirildi. İqtisadçılar isə bu siyasətin problemi həll etmək əvəzinə, iş imkanlarını təhlükəyə ata biləcəyi xəbərdarlığını edir.

 

Hapse girmek için para ödüyorlar

Noh türmədə qalanların bayıra çıxandan sonra “əsas indi türməyə giririk” dediklərini bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir