1489674877_student-test-tab1

Bu universitetin tələbələri akademik borca görə pul ödəməyəcəklər

Baxış sayı: 1. 406

Hazırda yenidənqurma və islahat dövrünü yaşayan Qərb Universiteti təhsilin keyfiyyətinin yüksəldilməsi və tələbələrə dəstək məqsədi ilə yeni imtahan modelinin tətbiqinə başlayıb.

Yeni modelə əsasən hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr əvvəllər olduğu kimi kredit ödəməklə dərs saatları götürmür. Son semestrdən etibarən akademik borcu olan tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.

Universitetin İmtahan Mərkəzindən verilən məlumata görə, tələbələr üçün hər bir fənn üzrə biri əsas, digər ikisi əlavə olmaqla 3 imtahan şansı yaradılır. Yeni modelə əsasən tələbələr heç bir ödəniş etmədən fənn müəllimlərinin iştirakı ilə intensiv kurslardan, məsləhət saatlarından yaralanmaqla yüksək səviyyədə imtahana hazırlaşmaq və yenidən biliklərinin qiymətləndirilməsi üçün imkan əldə edirlər.

Yeni modelin tətbiqi tələbə və valideynlər tərəfindən razılıqla qarşılanıb, verilmiş qərar tələbələr üçün əhəmiyyətli dəstək kimi qiymətləndirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir