usaqlar

Bu uşaqlar üzən məktəbdə təhsil alırlar – FOTOLAR

Baxış sayı: 494

Bu məqalədə müxtəlif ölkələrin məktəbləri haqqında maraqlı faktları diqqətinizə çatdırırıq.

 

İngiltərə

Dünyanın ən qədim məktəbi İngiltərənin Kanterburi şəhərində yerləşən Kral məktəbidir.Eramızın 597-ci ilində təsis edilən  məktəb hazırda dünyanın ən modern tipli təhsil ocaqlarından hesab olunur.

 

 

Yaponiya

Yaponiyada şagirdlər məktəblərə girərkən ayaqqabılarını çıxarırlar. Bunun səbəbi təbii ki, təmizlikdir.  Koreyada olduğu kimi, Yapon məktəblərində də təmizlikçiyoxdur və şagirdlər təmizlik işlərini özləri görürlər.   Bu kimi hallar şagirdlər arasında bərabərlik anlayışını da inkişaf etdirir.       Burada nədənsə  tədris ili aprel ayında başlayır. Heç kim bunun səbəbini izah edə bilməz.

 

Çin

Çin  ən çox ev tapşırıqlarına görə dünyada  birinci yerdədir. Hətta şagirdlərin əksəriyyəti məktəblərdə yaşayır, yalnız istirahət günlərində evə gəlir.

 

Filippin

Filippində butulkalardan tikilmiş bir məktəb mövcuddur. Bu məktəb görən hər kəsin təəccübünə səbəb olur. Məktəbin inşası üçün nə az, nə çox 9000 butulkadan istifadə olunub. Qeyd edək ki,  məktəbinin tikilməsi zamanı  onlarla könüllü işə cəlb olunub. Çox maraqlıdır ki, şüşələrin sınmaması  üçün isə içlərinə qum, su və saman doldurulub.

BUTULKADAN MEKTEB

Hindistan

Tələbə sayına görə dünyanın ən böyük məktəbi Hindistanın Lakhnau şəhərindəki Mantessori şəhər məktəbidir. Hər gün bu təhsil ocağına 32.000-dən çox şagird təhsil almağa yollanır. Burada 1000-dən çox sinif otağı, 3700-ə yaxın kompüter var.

sagirdler

Nigeriya

Nigeriyadakı Makoko icması tərəfindən inşa edən “üzən məktəb” layihəsi bölgədəki təhsil problemlərinə həll tapmağa çalışır.  Məktəb olaraq istifadə ediləcək bu üç mərtəbəli bina 256 plastik çəlləyin üzərində dayanır və üçbucaq prizmalar şəklində dizayn edilmişdir.  Material olaraq taxtadan istifadə olunur və binaların ehtiyac duyduğu enerji günəş panelləri ilə təmin edilir.  Bu məktəbdə təxminən 100 şagirdin təhsil alması gözlənilir.

ders

İtaliya

2014-cü ildə İtaliyanın Turin şəhərində bir müəllimi və bir şagirdi olan məktəb ən kiçik təhsil ocağı kimi dünyada şöhrət qazanıb.

 

Hollandiya

Hollandiyada uşaqların təhsilə başlama yaşı da olduqca maraqlıdır. Burada uşaqlar 4 yaşından məktəbə gedə  bilərlər.

 

Fransa

Fransa məktəblərində yemək vaxtı tədris proqramının bir hissəsi hesab olunur. Bu zaman uşaqlar təkcə yedikləri ərzağın mənşəyi haqqında məlumatlanmır, həmçinin, davranış və etika qaydalarını da öyrənirlər.

BUFET

Fələstin

Fələstində tez-tez baş verən müharibələr səbəbindən normal məktəb tapmaq çox çətindir. Amma uçuq-sökük məktəblər, təhsilsiz qalmaq üçün bəhanə deyil. Şagirdlər bu məktəblərdə biliklərini artırırlar.

 

Nepal

Nepalda insanlar məktəb tikmək üçün pul və vaxt sərf etmirlər. Şagirdlər və müəllimlər üçün istənilən məkan məktəbi əvəz edə bilər.

 

İndoneziya

İndoneziya məktəblərində şagirdlərin sayı standartdan daha çoxdur və bu təhsil ocaqlarında qiymətlər olduqca bahadır. Bu səbəbdən ailələr övladlarını məktəbə göndərə bilmirlər.

 

ABŞ

ABŞ-da bəzi məhkumlara, yarım qalan təhsillərini davam etdirmək üçün  həbsxananın içərisində yaradılan məktəblər var.

 

Avstraliya

Avstraliya ərazisinə görə bu cür böyük bir ölkədə kiçik bir əhali  yaşayır. Burada uzaqda yerləşən  bölgələrdə məktəblərə həmişə rast gəlinmir, buna görə təhsil müəssisələrindən çox uzaqda yaşayan uşaqlar  radiodan istifadə edərək  (distant) təhsil alırlar. Hətta onlar üçün xüsusi verilişlər də var.

 

Cənubi Koreya

Cənubi Koreyada şagirdlər dərsdən sonra sinifdə qalıb, otağın təmizliyinə kömək edirlər.

 

Papua- Yeni Qvineya

Papua – Yeni Qvineyada şagirdlərin məktəbə forma ilə getməsi və ya getməməsi elə də böyük əhəmiyyət kəsb etmir. Belə ki, hər ölkənin özünəməxsus məktəbli forması olsa da, burada şagirdlər geyimlərində azaddır.

 

Finlandiya

Finlandiyada şagirdlər məktəbə 7 yaşından başlayır. Bu isə dünyada ən gec məktəbə başlama yaşıdır.

 

Braziliya

Braziliyada uşaqların anaları ilə münasibətlərinə xüsusi önəm verilir. Dərs səhər saat 7-də başlayır və günorta bitir.  Bütün şagirdlər məktəbdə anaları ilə nahar etdikdən sonra evlərinə gedirlər.

 

Banqladeş

Dənizdə üzən məktəb var, desək, yəqin ki, bir çoxunuz inanmayacaqsınız. Ancaq Banqladeşdə bu cür məktəblərdə təhsil almaq mümkündür.

 

Almaniya

Almaniyada kimya, fizika, sülh və ədəbiyyat sahələrində ümumilikdə 102 Nobel mükafatı alanlar vardır.  Ölkənin dünyanın ən  keyfiyyətli təhsil müəssisələrinə ev sahibliyi etməsi bu işdə böyük rol oynayır.  Almaniya, xüsusilə  elm sahəsində dünyanın aparıcı araşdırmalarına və ixtiralarına imza atmış bir ölkədir.100-ə yaxın gəmi məktəbləri var. Bu məktəblərin internetə girişi və kitabxanası da var.

KANAT

Kolumbiya

Kolumbiyanın Los Pinos vadisində uşaqlar məktəbə “zip line”(kanat yolu) vasitəsilə gedirlər. “Zip line” bu ərazidə yeganə nəqliyyat vasitəsidir. Əksi təqdirdə şagirdlər tropik meşə ilə getməlidir, bu yolla məktəbə çatmaq isə  2 saat vaxt aparır.

 

Rusiya

Rusiyanın Tundra bölgəsində uşaqların təhsil almaq üçün heç bir  şəraiti olmadığına görə, uşaqlar  avqust ayında xüsusi qurumlar  tərəfindən özəl məktəblərə yönəldilir. Bu proses vertalyotla həyata keçirilir.

 

Samirə Tağıyeva 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir