xerceng

Bu xəbəri yalnızca kişilər oxusun!

Baxış sayı: 2. 041

Xayanın xərçəngi – az təsadüf edilsə də, çox ağır xəstəlikdir. Xəstəlik 20-40 yaşında olan kişilərdə təsadüf edilir və bəzi hallarda tez bir zamanda böyrəklərə, ağ ciyərlərə, qara ciyərə metastazlar verir. Belə hesab edirlər ki, 40 yaşından sonra xəstəliyə çox tək-tək hallarda rast gəlinir.

Statistik məlumatlara əsasən, son illər ərzində xəstəliyə tutulma hallarının artması qeyd edilməkdədir.

 Alimlər xəstəliyin inkişaf etməsinin əsas səbəbinin irsiyyət olduğunu qeyd edirlər. 

Xaya xərçənginin inkişaf etməsi üçün əsas təhlükə faktorlarından biri də kriptorxizmdir (xayaların qarın boşluğundan xayalığa enməməsi). Bətndaxili inkişaf dövründə xayalar xayalığa enirlər. Yəni uşaq doğularkən xayalar artıq xayalıqda yerləşmiş olmalıdırlar. Doğularkən bu, baş verməmişdirsə, hələ bir il müddətində xayaların öz-özünə xayalığa enməsi baş verə bilər. Bir yaşından sonra isə artıq bunun baş verməsi mümkün olmur. Bu zaman xayalar ancaq cərrahi müdaxilə aparılmaqla xayalığa endirilə bilərlər. Qarın boşluğunda hərarətin xayalıqda olan hərarətdən artıq olması xayalarda şişin əmələ gəlməsinə təkan verir. Xayaların qarın boşluğunda qalması nə qədər uzun müddət olarsa, bu uşaqda gələcəkdə xaya xərçənginin yaranma təhlükəsi də bir o qədər yüksək olur.

Xayada ilk şiş hüceyrəsinin əmələ gəlməsindən şişin özünü kliniki əlamətlərlə büruzə verməsinə qədər olan dövr 7 ildən artıq bir vaxt təşkil edir. Ancaq bundan sonra şiş daha sürətlə artmağa başlayır və 6 ay – 1 il ərzində böyük ölçülərə çatmış olur. Buna görə də,özünün xayalıq nahiyəsində – xaya ölçüsünün artması, onun qeyri-adi konsistensiyası, qeyri-həmcinsliyi (müxtəlif tərkibliliyi), bərkimə sahələri, xayalıqda ağırlıq hissiyyatı aşkar edən kişilər mümkün qədər tez bir zamanda həkimə müraciət etməlidir!

Yadda saxlamaq lazımdır ki, xaya şişi ağrı hissiyyatı vermir! Ancaq özünün xayalıq nahiyəsində hər hansı bir dəyişiklik aşkar etdikdə əvvəlcədən vahiməyə düşmək lazım deyil. Çünki xayanın xərçəng xəstəliyini xaya hidropsu, xaya kistaları və digər xəstəliklərlə qarışdırmaq olar.

Diaqnozun təsdiq edilməsi üçün həkim xayaları diqqətlə müayinə edir, USM, qanın spesifik markerlərə (alfa-fetoprotein, xorionik qonadotropin) müayinəsi və digər müayinələri təyin edir.

Bəs xayanın xərçənginin müalicəsi necə aparılır?

Xəstəliyin müalicəsi ancaq cərrahi yolladır. Şişin bədxassəli olması təsdiq olunandan sonra zədələnmiş xaya cərrahi yolla xaric edilir. Xoşbəxtlikdən əksər hallarda xayanın xərçəngi şüa terapiyası ilə və müasir kimyəvi preparatlarla müalicə üsullarına yaxşı tabe olur. Əksər hallarda bir xaya xaric edildikdən sonra digər xaya saxlandığına görə kişilərdə seksual funksiyalar da saxlanmış olur.

 

saglamolun.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir