ISTI HAVA

Bu yay minlərlə insan istidən öləcək? – “FIRILDAQ OYUNLAR”

Baxış sayı: 942

“Dünyada elə bir proses yoxdur ki, kimsə onu idarə eləsin”. Bu sözləri Lent.az -a açıqlamasında ekoloq Telman Zeynalov deyir.

Mütəxəssis bildirir ki, dünyanı idarə edən Yer kürəsinin özüdür: “Onda əmələ gələn iqlimi də özü ilə bərabər günəş idarə edir. Kim deyirsə ki, temperatur yüksək olacaq və bu insanların ölümünə səbəb olacaq, bu yalandır. Bu cür məlumatlar qorxu üçün paylaşılır və fırıldaq oyunlardır. İqlim dəyişiklikləri həmişə olub, amma bu dəyişikliklərin kütləvi ölüm gətirəcəyi düzgün deyil”.

Qeyd edək ki, Dünya Meteorolojiya Təşkilatının xəbərdarlığında bildirilib ki, 2019-cu ilin yayı son 5 ilin ən isti yayı olacaq. Bu yay temperaturun 40 dərəcəyə yüksəlməsinə səbəb olacaq isti hava kütlələrinin axını intensiv, davamlı olacaq və isti hava yüzlərlə, minlərlə insanın ölümünə səbəb olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir