coca-cola

Bu yazıdan sonra bir də “Coca Cola” içməyəcəksiz – ŞOK VİDEO

Baxış sayı: 246

Hindistanın cənubundakı Chattisgarh və Andra Prades əyalətlərində kəndçilərin tarlalarda zərərli həşəratlara qarşı dərman əvəzinə “Coca Cola” içkilərindən istifadə etməsi ortaya çıxıb.

“Gencaile.az” Publika.az-a istinadən xəbər verir ki, hazırda sözügedən bölgələrdə yaşayan minlərlə hindli pambıq və bibər tarlalarında ziyanverici həşəratlara qarşı “Coca Cola” içkilərindən zəhərli dərman olaraq istifadə edirlər.

Andra Pradesh adlı kəndçi deyir ki, Hindistanda ziyanverici həşəratlara qarşı zəhərli dərmanların qiyməti baha olduğu üçün, onun əvəzinə “Coca Cola” içkilərindən istifadə olunur.

Onun sözlərinə görə, “Coca Cola” içkiləri dərmanlardan daha ucuz və effektivdir: “Tarlamda böcəklər olan zaman “Coca Cola” içkilərindən dərman kimi istifadə edirəm. Effektiv təsirə malikdir, çox məmnunam. Dərmandansa “Coca Cola” daha sərfəlidir. Tarladakı həşəratları öldürmək üçün dərmanın effekti çox təsirli olmur. Ancaq tarlaya “cola” səpən kimi həşəratlar dərhal ölürlər”.

Qeyd edək ki, “Coca-Cola” şirkətləri istehsal etdikləri məhsulların içərisində həşəratlara zərər verə biləcək heç bir zəhərli maddənin olmadığını israr edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir