oturmaq

Bu yazını ayaq üstə oxuyun: oturmaq ölümü tezləşdirir

Baxış sayı: 1. 704

Ofisdə, televizor, kompüter önündə, ya da maşında uzun müddət oturursunuzsa, böyük bir risk altında olduğunuzu bilin. “Gencaile.az”-ın təqdim edəcəyi bu məlumatı oxuduqdan sonra dərhal ayağa qalxıb hərəkət edin.

Araşdırmalar uzun müddət oturmağın ölümü tezləşdirdiyini ortaya çıxarıb.

 

1. Ürək xəstəliyinə səbəb olur.

Uzun müddət oturmaq əzələlərin daha az yağ yandırmasına və nəticədə qan dövranın zəifləməsinə səbəb olur. Bu da yağ turşularının ürək damar yollarını çox asan şəkildə tıxamasına yol açır. Uzun müddət hərəkətsiz oturan insanlarda ürək xəstəliyinə yoluxma riski 2 dəfə artıqdır.

 

2. Mədəaltı vəz həddən çox çalışır.

Mədəalt vəz hüceyrələrə enerji üçün qlükoza daşıyan insulin istehsal edir. Oturarkən fəaliyyətsiz qalan əzələlər insulinə qarşı reaksiya göstərmir və nəticədə insulin istehsalı artır. Bu da şəkərli diabet xəstəliyinə səbəb olur.

 

3. Sütun xərçənginə yol açır.     

Oturmaq sütun, döş və sinə xərçəngi riskini artırır. Səbəbi tam müəyyən olunmasa da deyilənə görə, həddən çox insulin istehsalı hüceyrə böyüməsinə səbəb olur. Nizamlı şəkildə hərəkətdə olmaq isə zərərli və xərçəngə yol açan hüceyrələri öldürür.

 

4. Yumşaq qarın əzələləri

Ayaq üstə dayanarkən, gəzdiyinizdə əzələləriniz dik durmanıza kömək edir. Ancaq oturanda əzələləriniz hərəkətsiz qalır. Gərgin kürək əzələləri və yumşaq qarın əzələləri belinizdə çuxur yaranmasına, başınızın önə əyilməsinə kimi bir sıra mənfi hallara səbəb olur.

 

5. Gərgin ombalar

Elastik ombalar rahat hərəkət etmənizə kömək edir, ancaq uzun müddət oturan insanlar çox nadir hallarda ombaların ön qismindəki əzələləri uzadır. Bu səbəbdən əzələlər qısalır və gərginləşir. Nəticədə addımların uzunluğu azalar. Azalan omba hərəkəti yaşlı insanların yeriyərkən yıxılmasının əsas səbəbidir.

 

6. Yumşalan omba əzələləri

Oturarkən omba əzələləriniz uzun müddət hərəkətsiz qaldığı üçün yumşalır. Buna görə ayağa qalxdığınızda güclü və iri addımla yeriməyinizə maneçilik yaranır.

 

7. Ayaqlarda zəif qan dövranı   

Uzun müddət oturmaq ayaqlarda qan dövranının zəiflədir, nəticədə ayaq damarlarında laxtalar əmələ gəlir. Bu problem ciddi ayaq biləyi şişkinliyi, tromblaşmaya qədər irəliləyə bilər.

 

8. Yumşaq sümüklər

Gəzmək və qaçmaq ayaq və omba sümüklərinin daha güclü və sağlam olmasını təmin edir.

 

9. Bulanıq beyin

Əzələlərin çalışması beynin oksigen və təmiz qanla qidalanmasını, ruhun kimyəvi maddələrin təsirindən qorunmasını təmin edir. Uzun müddət oturanda adamlarda beyin funksiyalarıyla yanaşı, hər şey yavaşlayır.

 

10. Gərgin boyun

Uzun müddət oturanda klaviaturadan istifadə edərkən sürətli şəkildə başınızı önə əyməyiniz, telefonunuzu çiyninizlə sabitləyib nəyləsə məşğul olmaq boyun gərginliyinə səbəb olacaq.

 

11. Elastik olmayan bir onurğa

Hərəkət edərkən onurğalar arasındakı yumşaq maddə qan və qidaları süngər kimi özünə çəkər. Ancaq oturarkən, onurğa diskləri sıxılır, vətər və bağları bir-birinə bağlayan kollagen sərtləşir.

 

Çox televizor izləyən şəxslərdə 1 saatdan az işləyən şəxslərdən fərqli olaraq, ölüm riski daha çoxdur.

 

Düzgün oturuş necə olmalıdır?

•Dik oturun

•Önə doğru əyilməyin

•Çiyinlər rahat

•Qollar yanda bağlı

•Dirsəklər 90 dərəcə bükülü

•Bel dəstəklənmiş vəziyyətdə

•Ayaqlar yerlə tam təmasda olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir