el

Bu yolla dərmanlardan UZAQ OLA BİLƏRSİNİZ: mükəmməl təbii qarışıq

Baxış sayı: 173

Sümükləri möhkəmləndirmək üçün dərman istifadə etmək mütləq şərt deyil. Bunun üçün xalq təbabəti üsullarından da faydalana bilərsiniz.

Beləliklə, oxucularımızı sümükləri möhkəmləndirən təbii qarışıq resepti ilə tanış edirik.

Sümüklərin zəifləməsi həyat keyfiyyətinə və aktivliyinə birbaşa təsir edir. Odur ki, bu resepti hazırlamağa dəyər:

İnqrediyentlər:

2 yemək qaşığı balqabaq tumu, 2 yemək qaşığı küncüt, 2 yemək qaşığı ətirsiz jelatin, 5 yemək qaşığı kətan toxumu, 3 yemək qaşığı kişmiş və 1 stəkan bal.

Hazırlanması:

 

Əvvəlcə tumları və kişmişi blendrdan keçirin, sonra jelatini, üzümləri və balı əlavə edin. Məcun halına gələnə qədər ərzaqları 2 və ya 3 dəqiqə blendrdən keçirin. Sonda qarışığı şüşə bankaya töküb soyuducada saxlayın.

İstifadəsi:

Günorta və ya axşam yeməyindən əvvəl acqarına içmək tövsiyə edilir. Təsirini görmək üçün bir müddət istifadə edin. Dadı xoşunuza gəlməsə, yarım stəkan su ilə birlikdə qəbul edin. 2 aya qədər soyuduca saxlamaq olar. Bu qarışıq oynaq və sümük ağrılarını azaldacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir