Fast fud

BUNLARI BİLİRDİNİZMİ? “Fast food”lar ağılsızlığa səbəb olur

Baxış sayı: 972

Azərbaycanda fast food məhsullarına qarşı böyük maraq var. McDonalds, KFC və s. bu kimi məkanlarda hər gün yüzlərlə insanların olduğunu görmək bu fikrə gəlməyə kifayət edir. Üstəlik insanlar bu cür məkanlara azyaşlı övladaları ilə gəlir. Onları lap körpəlikdən bu məhsullardan istifadəyə alışdırırlar.

Mütəxəssislər bu qənaətdədir ki, artıq yavaş-yavaş ABŞ, eləcə də Avropa ölkələrində bu cür məkanlara daha çox miqrantlar üz tutur. Yerli əhali belə yerlərdəki qeyri-sağlam qidalardan istifadə etməməyə üstünlük verir.

Məlumdur ki, bağırsaqlarımızda milyonlarla yararlı bakteriyalar var.

Aparılan araşdırmalara görə, həzm sistemimizdə 1400 fərqli bakteriya və mikroorqanizm var. Bu bakteriyalar yediyimiz bəzi qidaları həzm etməyimizdə yardımçı olur. Ən önəmlisi isə bağırsaqları müxtəlif xəstəliklərdən qoruyur.

Hətta aparılan son araşdırmalara görə, bakteriyaların ifraz etdiyi bəzi maddələr psixologiyamızın daha yaxşı olmasına təsir edir.

“Fast food”-hazır qidalardan çox istifadə etmək isə həzm sistemindəki faydalı bakteriyaların sayını ciddi şəkildə azaldır.

Türkiyə mətbuatının yazdığına görə, ABŞ-da yaşayan bir professor bunu araşdırmaq üçün 10 gün boyunca oğluna fast-food yeməsini tapşırır. Daha sonra yoxlayanda isə oğlunun həzm sistemindəki bakteriyaların demək olar ki, hamsının yox olduğunu görür. Bundan başqa uşağın bağırsaqları da sağlamlığını itirməyə başlayıbmış.

Mütəxəssislər “fast food” yeməklə ruh sağlığı arasında ciddi bağlantı olduğunu deyir. Çox miqdarda hazır məhsullardan istifadə depressiyaya yol açır.

9 min insan üzərində aparılan araşdırma göstərib ki, “fast food” istifadə edənlərdə depressiaya meyillik çox olur.

Elm adamlarına görə “fast food”dan istifadə psixoloji vəziyyətimizə müsbət təsir edən bəzi yağ asitləri və vitaminləri yetəri qədər almağımıza mane olur ki, bu da depressiyaya yol açır.

 

Astma xəstəliyində “fast food” izi

Hazırda dünyada çox geniş yayılan astma xəstəliyinin səbəblərindən biri də “fast food” qidalarıdır. Aparılan araşdırma çərçivəsində dünya miqyasında 500 uşaq üzərində tədqiqat aparılıb. Həftədə 3 dəfədən çox fast food istifadə edən uşaqlarda astmanın inkişaf etmə riskinin istifadə etməyənlərlə müqayisədə daha çox olduğu ortaya çıxdıb.

Bundan başqa “fast food” məhsulları cildi allergiyaya qarşı daha həssas hala gətirir. Bu məhsulları istifadə edənlərdə ekzema və allergik dəri rahatsızlığının artdığı elmi şəkildə sübut olunub.

“Fast food” istifadəsinin qaraciyərdə zədəyə yol açdığı, zehni fəaliyyəti zəiflətdiyi də sübut olunub.

ABŞ-dakı bir universitetdə imtahan nəticələri ilə “fast food” istifadəsi arasında əlaqə olub-olmadığını yoxlamaq üçün 8 min uşaq üzərində tədqiqiat aparılıb. Həftədə 3 dəfədən çox bundan istifadə edənlərdə imtahan nəticələri aşağı olub.

Başqa universitetlərdə də bu tədqiqatlar aparılıb və nəticə eyni olub. Həkimlər qeyd edir ki, “fast food” məhsullarında omeqa 3 demək olar ki, yox olur.

Bundan başqa, qeyd olunan məhsullardan çox istifadə etmək bədəndə insulinə qarşı müqavimət probleminə yol açır. Bu da bir müddət sonra şəkər xəstəliyinin yaranmasına səbəb olur.

“Fast food” məhsullarının başqa bir ziyanı isə dişləri sürətli şəkildə çürütməsidir. Araşdırmalar nəticəsində məlum olub ki, “fast food” zəncirləri bir ölkəyə daxil olduqdan sonra xüsusilə uşaqlarda ağız və diş sağlamlığı ilə bağlı problemlər artıb.

Bu məhsullardakı yüksək şəkərin bu xəstəliklərin yaranmasında böyük payı var.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, “fast food” istehsalçılarının reklamları bu işdə böyük rola sahibdir: “Bir istehlakçı reklam aparır, 10 nəfəri cəlb edir. Mən rəsmi kitabdan oxumuşam ki, ABŞ vətəndaşlarına bir ildə McDonalds-ın gətirdiyi ölüm terrorçuların bir ildə öldürdüyü insan sayından çoxdur. Coco-cola, KFC insanlara zərər yetirən qidalar istehsal edir. Biz insanlar elə başa düşürük ki, kimsə dünyada bizim uzun yaşamağımız üçün çalışır. Heç bir dövlət istəmir ki, onun ölkəsindəki adamların 50-80 faizi yaşlanıb büdcədən pul yesin. Dünyada bazar iqtisadiyyatı strategiyasının əsasında dövlətin büdcəsinə daha çox pul cəlb etmək dayanır. Ona görə bu biznes sahələri dünyada bu cür inkişaf edib”.

 

Çıxış yolu

 

AİB sədri bildirir ki, valideynlər, müəllimlər maarifləndirici iş aparmalıdır ki, insanlar həmin yerlərdən az istifadə etsinlər: “Bu qidaları təqdim edən şirkətlər hansı ölkəyə gedirlərsə, yüksək miqdarda vergi verirlər. Dövlət də vergidə maraqlı olduğu üçün onların fəaliyyətinə imkan verir. Tələb varsa, təklif də olduğu üçün bu prosesin qarşısını adminstrativ yollarla almaq mümkün deyil”.

 

Dietoloq Tutu Zeynalova bildirir ki, artıq illərdir bütün dünyada olduğu kimi Azərbaycanda da “fast food” qidalarından istifadə olunur. “Fast food”ların 1920-ci ildə Kastel qardaşları tərəfindən yaradıldığını deyən dietoloq onların bu qidaların zərərsiz olduğunu anlatmaq üçün əl atdıqları üsullardan da danışıb: “ Kastel qardaşları “fast-food” qidalarının zərərsiz olduğunu göstərmək üçün ağ xalatlı insanların bu qidaları almasını təşkil edirdilər. Belə rəy yaradırdılar ki, bunlar həkimdirlər və bu qidalar zərərsiz olduğu üçün onlar da alırlar. “Fast food” qidalarının təbii ki, zərərləri çoxdur. Hər kəs bu barədə bilir. Amma reallıq dəyişmir. İnsanlar belə məkanlara hər gün axın edirlər. Təəssüf ki, uşaqları “fast food” qidaları ilə mükafatlandırırlar. Deyirlər ki, “sən dərslərini yaxşı oxu, yaxşı qiymətlər al, səni həftə sonu bu məkana aparacam” və s. Bu ünvanlara getməyin qarşısnı ala bilmirik. Amma ən azından doğru seçim etməyi öyrənə bilərik. Deyək ki, hamburgeri yeyirsinizə, yanında ayran için. Qızarmış kartof əvəzinə salat sifariş edin. Qazlı şirin içkilər içəcəksinizsə, o zaman hamburger yerinə salatla bir sendiviç yemək olar. Yəni bu şəkildə üç zərərlidən birini seçərək ən azından aldığımız zərərli qidaları limitliyə bilərik”.

T.Zeynalova onu da bildirir ki, “fast food”lara xüsusi konservatlar qatılır. Hansıki, onların xüsusi qoxusu var: “Qatılan bu qoxu hətta həmin məkanların yanından keçəndə qidaya qarşı olan istəyi artırır. Bu da təkrar-təkrar “fast-food”lara üz tutmağımıza yol açır. Bundan başqa bu qidalar tez hazırlanır. Təbii ki, öncədən hazırlanıb pol fabrikatlar şəklində. Uzun müddət qalsın deyə, içinə xüsusi maddələr əlavə olunur bu da orqanizm üçün zərərlidir. Bu qidaların qilisemik indeksləri yüksəkdir. Qan şəkərimizi sürətlə yüksəldir. Gün ərzində istifadə etdikdə qan şəkərimizin dalğalanmasına gətirib çıxarır ki, nəticədə piylənmə riskini artırır. Xüsusilə, qarın bölgəsində”.

Dietoloq bildirir ki, “fast food”ların istifadəsi arzuolunan deyil.

Yaxşı olar ki, imtina edək və yaxud limitləyək.

Məcbur qalmadığımız halda digər qidalardan istifadə edək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir