metbex

Bunları bilməyiniz vacibdir: Əşyaları təmizləyərkən…

Baxış sayı: 1. 003

Evinizdə hansı əşyaları nə qədər müddətdən bir təmizləmək lazım olduğunu bilirsinizmi? Beləliklə, KİV-ə istinadən sizə yataq dəstlərinin, dəsmal, eynək, soyuducu və digər əşyaların təmizləməsi ilə bağlı ipuclarını təqdim edirik:

Dəsmallar

Əl və bədən dəsmalları ən çox təmizlənməli olan əşyalar arasındadır. Bakteriya istehsalında aktiv olan dəsmalları həftədə ən azı 2 dəfə dəyişdirməlisiniz. Dəyişdirdiyiniz dəsmalları çirkli səbətdə saxlamadan yumağı tövsiyə edirik.

Yataq dəstləri

Günümüzün 6-8 saatını yataqda keçiririk. Biz bundan xəbərsiz olsaq da, yataq dəstləri çox tez çirklənir. Yataq dəstlərinizi həftədə bir dəfə təmizi ilə dəyişməlisiniz. Yastıq örtüklərini uzun müddət dəyişməsəniz, dəri problemlərinizə də səbəb ola bilər.

Tualet / vanna otağı

Evdə ən çox istifadə olunan və ən çox diqqət olunmalı yer tualet / vanna otağıdır. Bu bölgəni həftədə bir dəfə anti-bakterial məhsullarla təmizləməli və həftə ərzində yüngülvari gigiyenik qaydalara riayət etməklə əl gəzdirməlisiniz.

Döşəmə

Böyüklərimiz nə deyir? “Döşəmələr təmizdirsə, bütün ev təmiz qalır!” Niyə? Çünki yer çirkləndikdə ayaqlarımız avtomatik olaraq çirklənir və ayaqlarımızla toxunduğumuz yerlər də kirli olur. Həftədə iki dəfə süpürüb, bir dəfə silsəniz, döşəmələr kifayət qədər təmiz qalacaq.

Xalçalar

Xalçalarınızı ancaq üzərinə nəsə töküldükdə, yaxud gözəçarpacaq dərəcədə kirləndikdə təmizləməməlisiniz. Onları hər 1,5-2 aydan bir təmizləməlisiniz və ya yuyulmağa göndərməlisiniz. Çoxlu kir və bakteriya mənbəyi olan xalçalar evdə hər zaman təmiz saxlanılmalı olan əşyalardandır.

Qabyuyan maşın

Qabyuyan maşın, şübhəsiz ki, həyatımızı xilas edən ixtiralardan biridir. O olmasaydı, qabları əllərimizlə yumaq məcburiyyətində qalardıq. Bulaşmış qablarımızı təmizləyən bu maşının mütəmadi təmizliyə ehtiyacı olduğunu bilirsinizmi? Həftədə bir dəfə maşınınızın ən aşağı hissəsində yerləşən filtri yumalı və ayda bir dəfə bu iş üçün istifadə olunan yuyucu vasitə ilə təmizləməlisiniz.

Paltaryuyan maşın

Qabyuyan maşından sonra ixtirasına minnətdar olduğumuz bir şey varsa, o da mütləq paltaryuyan maşındır. Paltaryuyan maşınınızı da 2 aydan bir yuyucu vasitə ilə təmizləməlisiniz.

Soyuducu

Soyuducunun təmiz olması çox vacib bir məsələdir. Yeməyimizi saxladığımız yerin kifayət qədər gigiyenik olması vacibdir. Buna görə ayda bir dəfə soyuducunuzu yaxşıca təmizləməlisiniz. Bütün rəfləri boşaltdıqdan sonra soyuducunuzun içini sodalı su ilə təmizləyə bilərsiniz.

Soba

Soba mətbəxdə ən çox istifadə olunan əşyalardan biridir. Qapısı bağlı olduqda, təmiz və ya çirkli olub olmadığı görünmür, amma nəticədə yemək üçün istifadə olunur və buna görə də təmiz olması son dərəcə vacibdir. Sobanızı ayda bir dəfə təmizləmək kifayətdir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir