valideyn

Bunları dayədən tələb etməyin

Baxış sayı: 1. 558

Müasir dövrdə demək olar ki, anaların əksəriyyəti işləyir. Sözsüz ki, hər kəs uşağını bağçaya qoymur. Çoxları evdə dayə tutmağa üstünlük verir. Ana üçün dünyada ən qiymətli varlığını başqasına təslim etmək asan deyil. Bir neçə saat onlardan xəbərsiz qalmaq da ananı narahat edir. Mütəmadi evə və ya dayəyə zəng edib uşağı soruşsa da, evdə baş verənlərdən xəbərsiz qalır. Əmin olun ki, dayənin sizi narahat etməmək üçün dilə gətirmədiyi məqamlar var. Amma digər tərəfdən unutmayın ki, onun xoşbəxtliyi və dincliyi körpənizlə maraqlanma formasına də təsir edəcək.

 1. Dayələr ev işləri ilə maraqlanmaq məcburiyyətində deyil
Onlardan uşağınızın dağıtdığı evi yığışdırmasını, ya da qab-qacaqları yumasını gözləyə bilməzsiniz. Əgər bu mövzularda da köməyə ehtiyacınız varsa, başqa bir köməkçi tutmaq məcburiyyətindəsiniz. Dayə yalnız körpəyə baxmaq üçün oradadır, başqa heç bir şey üçün yox.

2. Evə dediyiniz vaxtda gəlməlisiniz
Dayənin zamanı sizinkindən daha az qiymətli deyil. Onun vaxtında gəlməsini gözlədiyiniz kimi, siz də razılaşdığınız saatda evə dönməlisiniz. Əgər 20 dəqiqədən çox gecikməli olsanız, mütləq ona zəng vurub bunu bildirin və üzr istəyin.

3. Son anda təxirə salmayın
Əvvəldən təyin etdiyiniz tanışlıq görüşünü son anda təxirə salmayın. Bu, heç yaxşı hal deyil. Mümkün qədər tez zəng edin ki, planlarını dəyişdirmək üçün ehtiyacı olan vaxtı qazansın. Çünki bir daha qeyd edirik, onun zamanı da ən az sizinki qədər əhəmiyyətlidir.

4. Sizin valideynlik metodlarınızı qəbul etməyə bilər
Bəzi valideynlər uşaqlarını ərköyün etməyə çox meyllidir. Bu da vaxt keçdikcə uşaq tərbiyəsi baxımından problemlərə səbəb olur. Dayə isə sizin valideynlik tərzinizdən məmnun olmaya bilər. Amma bunu sizə söyləməyə əsla cəsarət etməyəcək. Uşağınız sizin yanınızda istədiyi qədər ərköyün ola bilər. Lakin ona müəyyən qaydalar və sərhədlər qoymalısınız. Çünki bu, uşaqla maraqlanan dayənin əsəbləşməməsi üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda, bu, şəxsiyyət inkişafı və yaxşı xüsusiyyətlər əldə etməsi baxımından da vacibdir.

5. Uşaqlar valideynlərinin marağına möhtacdır
Dilə gətirmədiyi digər məsələlərlə yanaşı, dayə sizi uşağınızla maraqlanmamaqda da günahlandırmağa cəsarət etməyəcək. Uşaqların valideynləri üçün çox darıxdıqlarını unutmayın. Onunla mümkün qədər çox və keyfiyyətli vaxt keçirmək üçün əlinizdən gələni edin. Uşaqlar valideynlərinin evə dönməsini böyük həvəslə gözləyir. Sizə o gün öyrəndikləri və kəşf etdikləri hər şeyi izah etmək üçün tələsirlər.

6. Uşağınız xəstə olduqda bu barədə dayəyə bildirin
Dayələr baxmağı öhdəsinə götürdüyü uşağın hansı xəstəliyi olmasını bilmək istəyir. Uşağınızın hər hansı xəstəliyi haqqında dayəyə bildirməmək uşağınızın xəstəliyinə biganə olmanız demək deyil. Sadəcə olaraq, dayə xəstəliyin yoluxma riski olub-olmamasını bilməlidir. Onun vacib görüşü, gedəcəyi yer və ya virusu yoluxdurmaq istəmədiyi uşaqları ola bilər.

7. Onun nüfuzunu baltalamayın
Əgər dayə uşağınıza bəzi qaydalar qoyubsa, o getdikdən sonra bunların qırılmasına səbəb olmayın. Bunu etsəniz, onun nüfuzunu baltalamış olacaqsınız və uşağınız dayənin sözünə baxmayacaq. Yaxşı bir dayə nə etdiyini bilir. Onun hər hansı qaydası ilə razı deyilsinizsə, bunu onun özünə və uşağınız olmayan vaxt deməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir