qenaet

Bunları etməklə, elektrik sərfiyyatına xərclədiyiniz pulu 2 qat azaldacaqsınız

Baxış sayı: 251

Məişət texnikaları gizli həyat sürə bilirlər və sönür düyməsini basdıqdan sonra da işləməyə davam edirlər.

Hansı elektrik cihazları öz ziyankarlığı ilə seçilir və siz onu söndürdükdən sonra da enerjini necə istifadə edir deyə düşünən oxucularımız yəqin ki, heç də az olmdı. Məhz ona görə də maraqlı olacağını nəzərə alıb, bu haqda məlumatları təqdim edirik.

 

Telefonsuz adapter

Enerji yığan alət ona heç bir qadjet taxılmasa da enerji istifadə etməyə davam edir. Düzdü bu büdcəmizdə o qədər də nəzərə çarpmır, çünki bu alətin gücü çox zəifdir.
ADAPTER
Televizor

Sən demə pultta söndür düyməsin basdıqdan sonra biz onu söndürmüş olmuruq, sadəcə onu gözləyən rejimə keçirmiş oluruq. Belə halda o enerji sərf etməyə davam edir. Çox olmasa ilə bir neçə manatlıq enerji işlədir.

tv
Komputerlər və notbuklar

Sönük vəziyyətdə belə notbuk və komputerlər enerji sərf etməyə davam edirlər. Onları cərəyandan ayırmaqla siz ilə bir neçə manat qənaət etmiş olarsınız. Həmçinin bu cihazları gözləyən rejmdə qoyanlar həmin pulu 1.5 dəfə artıra bilərlər.

komputer

Saatlı avadanlıqlar

Saat kimi az nəzərə çarpan detal ondan xəbər verir ki bu cihaz hələ də enerji isyifadə etməyə davam edir. Bu cihazları şəbəkədən ayırmaqla siz il ərzində 5 manata qədər qənaət etmiş olursunuz.

soba

Söndürmək lazımdırmı?
Yuxarıda göstərilən rəqəmlər bəlkə kiməsə az görünə bilər amma bəzilərinə isə əksinə inandırıcı görünər. Axı planlaşdırılmamış gərginlik artması nəticəsində yanmış texnikadan çox böyük zərər etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir